25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olan Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, ümumtəhsil məktəblərində şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırılması məqsədilə müxtəlif müsabiqələr və yarışlar keçirilir. Həmin yarışlardan biri də “Vətənin müdafiəsinə hazıram” poli­atlon çoxnövçülüyüdür. Bu yarış üzrə əvvəlcə ümumtəhsil məktəbliləri arasında zona yarışları keçirilib, orada yüksək nəticə əldə edən 8 komanda aprelin 17-də muxtar respublika birinciliyi uğrunda mübarizə aparıblar. Babək rayon Payız kənd tam orta məktəbinin komandası qalib olaraq respublika final mərhələsində muxtar respublikanı təmsil etmək hüququ qazanıb. 24-29 aprel tarixdə Göygöl rayonunda ölkəmizin müxtəlif bölgələrinin 16 komandası arasında keçirilən yaz çağırışına həsr olunmuş poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında Payız kənd tam orta məktəbinin komandası uğurla çıxış edərək çempionatın qalibi olub. Həmçinin komandanın üzvlərindən Fərid Əsədov və Sənan Əşrəfov 100 və 2000 metr məsafəyə qaçış mərhələlərində ən yüksək nəticə göstərdiklərinə görə kubokla mükafatlandırılıblar.

Ardını oxu...

Ötən həftə ABŞ-ın nüfuzlu “SciTech Central” nəşriyyatının “Beynəlxalq turizm və otel biznes menecment jurnalı”nda “Naxçıvan” Universitetinin əməkdaşları Zülfüqar Zülfüqarov və Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Azərbaycanın Machu Picchusu Əlincəqala – Naxçıvanda zirvə turizmi” adlı elmi məqaləsi dərc olunub.
Məqalədə dünyada yayılmış çox maraqlı turizm növlərindən biri olan zirvə turizmi üzrə səyahət edən turistlərin Əlincə­qalaya səfərlərinin motivləri araşdırılmaqla unikal yerləşmə mövqeyi, dəniz səviyyəsindən yüksəkliyi, qayalıq platforması, ətraf panoramik mənzərəsi və sübut olunmuş tarixi zənginliyinə görə qalanın turistlərdə yaratdığı təəssüratların rekreasiya və tanışlıq qiymətləndirilməsi aparılıb.
Əlincəqalanın turizm cazibəsinin təhlil olunduğu bu məqalədə Perudakı Machu Picchu qala şəhəri (XV əsr) ilə müqayisədə Əlincəqalanın sübut olunmuş tarixinin min ildən daha çox olduğu, Naxçıvan Muxtar Respublikasına əcnəbi turistlərin səyahətlərinin artması ilə qalanın çox cazibədar turizm destinasiyası halına gəldiyi vurğulanıb. Məqalədə Naxçıvan şəhərindən şimal-şərq istiqamətində 30 kilometr məsafədə yerləşən Əlincəqalanın turizm cazibədarlığını müəyyən edən amillər kimi onun qədim tarixi, qala müdafiəçilərinin Əmir Teymurun ordusuna qarşı on dörd il (1387-1401) müqavimət göstərməsi, daha sonrakı dövrlərdəki tarixi əhəmiyyəti ilə yanaşı, 2016-cı ildə qalanın bərpa olunaraq dünya turizminə qazandırılması göstərilib. Qeyd olunub ki, hər il Naxçıvana səyahət edən 400 minə yaxın turistin mühüm bir hissəsini təşkil edən əcnəbi turistlərin Əlincəqalaya səfərləri zamanı mühüm motiv kimi özünü göstərən zirvə turizmi də turistlərdə yaratdığı emosional və psixoloji rekreasiya tələbatının düzgün qiymətləndirilməsi və bununla da turizmin təşkili zamanı yaranan məsələlərin həllinə xidmət edir.

Ardını oxu...

Muxtar respublikanın ümumtəhsil məktəblərində aprel ayında keçirilən “Mütaliə aylığı”nın yekunu ilə bağlı tədbir olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan ki­tablar haqqında” 2017-ci il 28 avqust tarixli Sə­rəncamının əhəmiyyətindən ­danışıb.

Ardını oxu...

Məktəblilərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. “Mütaliə aylığı”nda fəal iştirak edən təhsil ocaqları sırasında Culfa rayonunun Qızılca kənd tam orta məktəbi də vardır. Bu məktəb də muxtar respublikamızdakı digər təhsil müəssisələri kimi dövlət qayğısı ilə əhatə olunub, 2015-ci ildə kollektiv üçün hərtərəfli şəraitə malik yeni məktəb binası tikilərək istifadəyə verilib.
Üç mərtəbədən ibarət məktəb binasında 12 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.
Uşaqların biliklərinin artmasında kitabxanaların rolu böyükdür. Qızılca kənd tam orta məktəbinin kitabxanası da klassik Azərbaycan və dünya ədəbiyyatı inciləri ilə zənginləşdirilib. Burada 1555 bədii ədəbiyyat, 400 dərslik var.
Kitab insan üçün həm mənəvi qida, həm də dövrün həyat salnaməsidir. Yaşından asılı olmayaraq, hər kəsin kitaba ehtiyacı vardır. Əsasən də uşaqlar çox mütaliə etməli və öz biliklərini zənginləşdirməlidirlər. Ona görə də məktəbimizin kitabxanası hər bir məktəblinin ən çox üz tutduğu ünvana çevrilib. Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına, onların həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.

Ardını oxu...

Aprelin 28-də Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, həmçinin eyni gündə aprel ayının 7-də keçirilmiş buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən və tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında təhsil sənədi almaq istəyənlər üçün buraxılış imtahanı keçirilib.
Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunan imtahanlar bütün binalarda eyni vaxtda, saat 1100-da başlanıb və 3 saat davam edib.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4131752
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4556
4356
8912
95352
4131752

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter