21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın sərhəd kəndlərindəki təhsil ocaqları da xüsusi diqqət və qayğı ilə əhatə olunub. Həmin yaşayış məntəqələrindəki məktəblər müasir binalarda yerləşməklə yanaşı, hər cür texniki avadanlıqlarla təchiz ediliblər. Belə təhsil ocaqlarından biri də Ordubad rayonundakı Kotam kənd tam orta məktəbidir.
Təhsil ocağı 1933-cü ildə 4 illik ibtidai məktəb kimi fəaliyyətə başlayıb. İlk illər məktəb bir nəfər müəllimdən və iki sinif otağından ibarət olub. Məktəbin ilk direktoru, əslən rayonun Yuxarı Əylis kəndindən olan Rza Kazımzadə burada tədris prosesini layiqincə yerinə yetirəcək pedaqoji kollektivin formalaşması istiqamətində uğurla fəaliyyət göstərib. Sonralar məktəbə görkəmli rentgenoloq, tibb elmləri doktoru, mərhum akademik Rəhim Rəhimov direktor təyin olunub. 1943-cü ildə bu təhsil ocağı 7 illik məktəb kimi fəaliyyətini davam etdirib. 1965-ci ildə isə məktəb üçün yeni bina tikilib və təhsil ocağı orta məktəbə çevrilib.
Kotam kənd məktəbinin inkişafında rayonun tanınmış müəllim-pedaqoqlarından Məhəmmədəli Həsənovun, Əvəz İsaqzadənin, Səid Əliyevin, Əbülfəz Kərimovun, Kamil İsmayılovun, Pakizə Həsənovanın, Əşrəf Həsənovun və başqalarının böyük xidmətləri olub. Bacarıqlı müəllimlərin sayəsində məktəbdə bir çox görkəmli elm adamları yetişib. Fizika elmləri doktorları Qurbanəli Əliyev, Abasət İsayev, biologiya üzrə fəlsəfə doktorları Əsgər Qulamov, Sabir Həsənov, fizika üzrə fəlsəfə doktoru Zakir Hüseynov, riyaziyyat üzrə fəlsəfə doktoru Səid Əliyev və başqaları bu məktəbin yetirmələridir. Hazırda məktəbdə direktor kimi çalışan Anar Həsənli də bu təhsil ocağının məzunudur.

Ardını oxu...

Bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da təhsil siyasəti uğurla davam etdirilir, gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər ruhda böyüməsi üçün ardıcıl tədbirlər görülür. Təhsil müəssisələrinin müasir tələblər səviyyəsində qurulması, onların hərtərəfli informasiya və kommunikasiya texnologiyaları, müasir kompüter dəstləri, elektron lövhələr və digər texnoloji avadanlıqlarla təmin edilməsi bu siyasətin bariz göstəricisidir. Bu da öz bəhrəsini verir, tədrisin keyfiyyəti ildən-ilə daha da yüksəlir. 

Hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayının artması bunu bir daha təsdiq edir. Bu il də muxtar respublikada ali məktəblərə qəbul göstəricilərində artım olub, 331 məzun 500-700 arasında bal toplayıb. Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri demişdir: “Bu gün ümummilli ­liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası ölkəmizin intellektual potensialının yüksəlişinə öz töhfəsini verir. Artıq Azərbaycan dünyada təkcə sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə kimi yox, həm də elm və təhsil ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da təhsil quruculuğu əsas vəzifələr sırasındadır. İstər ümumtəhsil, peşə, istərsə də orta ixtisas və ali təhsil məktəblərində yaradılan şərait hərtərəfli inkişaf edən, formalaşmış gəncliyin yetişməsinə hesablanıb. Yeni texnologiyaların və distant təhsilin tətbiqi, müasir tədris metodlarından istifadə dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirib”.

Ardını oxu...

Avqustun 24-dən etibarən müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqənin test imtahanları başlayıb. Qeyd edək ki, muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə müsabiqə elan edilmişdir. Müsabiqəyə 165 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur rayonu (48 yer), Şahbuz rayonu (29 yer) və Ordubad rayonu (27 yer) üzrədir.
Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib. Müsabiqəyə çıxarılmış vakant vəzifələrin tutulması üçün 527 namizəd sənəd təqdim edib. Ən çox müsabiqə vəziyyəti ibtidai sinif müəllimliyi (166 müraciət), ingilis dili (84 müraciət), riyaziyyat (43 müraciət), coğrafiya (42 müraciət) və tarix (41 müraciət) ixtisasları üzrə qeydiyyata alınıb.

Ardını oxu...

Müasir dövrdə ölkəmizin tarix və mədəniyyətinin, təbiətinin, milli və mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi baxımından vətəndaşlarımızın, xüsusilə gənc­lərimizin xarici dil bilməsi zəruridir. Sevindirici haldır ki, bu gün təkcə yeniyetmə və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də dünyada geniş yayılmış ingilis, fransız, alman, ispan, rus və digər dilləri öyrənməyə can atdıqlarının şahidi oluruq. Bəs bu gün muxtar respublikamızda xarici dilləri öyrənməyə olan maraq hansı səviyyədədir?

Bununla bağlı əvvəlcə “İstedad XXI əsr” hazırlıq kurslarının direktoru Elbrus İsayevlə həmsöhbət olduq və müsahibimizdən rəhbərlik etdiyi kurslarda fəaliyyət göstərən xarici dil tədrisi qrupları haqqında fikirlərini öyrəndik. Elbrus müəllim bildirdi ki, “İstedad XXI əsr” hazırlıq kurslarının fəaliyyət istiqamətlərindən biri də xarici dillər üzrə danışıq qruplarıdır. Hansı ki bu qruplar kursda artıq 4 tədris ilidir, fəaliyyət göstərir. Burada xarici dil hazırlığı, əsasən, ingilis, rus, fransız və alman dillərində aparılır. Qruplarda müxtəlif kateqoriyalardan olan dinləyicilər iştirak edir. Onlar həm müxtəlif ixtisas üzrə hazırlaşan abituriyentlər, həm tələbələr, həm də 3-14 yaşlı uşaqlardır. Burada hər kateqoriya üçün xüsusi proqramlar hazırlanıb və müraciət edən dinləyicilərə dərslər elə həmin proqramlar əsasında keçilir. Tədris müəssisəsində adıçəkilən xarici dillər üzrə qrammatik biliklər öyrədilir, həm də danışıq qrupları təşkil olunur. Xarici dillər üzrə kurslar 4 əsas bacarığın – danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib. Kurslar ən müasir metodlardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materialları əsasında keçilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər iştirakçıların seçiminə əsasən fərdi və kiçik qruplar şəklində təşkil olunur. Kursa danışıq üçün müraciət edənlər danışıq, qrammatikanı öyrənmək istəyənlər isə qrammatika ağırlıqlı qruplara cəlb olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2017-2018-ci tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara “Qızıl” və “Gümüş” medal­ların təqdimatı keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov “Qızıl” və “Gümüş” medallarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışıb. Bildirilib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi üçün binalar istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya texnologiyaları, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub. Həmçinin elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılıb. Hazırda da bu sahədə işlər davam etdirilir.
Nazir qeyd edib ki, muxtar respublikada aparılan dövlət siyasətinin nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda ilbəil artım tempi müşahidə olunur. 2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3296315
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
137
4291
8083
80961
3296315

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter