20 Noyabr 2019, Çərşənbə

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçıları noyabrın 18-də Fəxri xiyabana gələrək C.Məmmədquluzadənin məzarı önünə əklil qoyub və qərənfillər düzüblər.

Ardını oxu...


"Ulu babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim".

Ardını oxu...

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər. Onları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycana dəvət edib.

Ardını oxu...

Ölkəmiz Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 15-17-də Paris şəhərinin ən görkəmli sarayı “Grand Palais” (Böyük Saray) də keçirilən “Festival du bien-manger” (Ləziz yeməklər festivalı) də təmsil olunub.

Ardını oxu...

Ölkəmizdə qadın siyasətinin və qadın hərəkatının müxtəlif aspektlərinin gender münasibətlərində araşdırılması ciddi elmi və ictimai maraq doğurur. Buna görə də müasir dövrdə ölkəmizdə hüquqi dövlət, demokratik cəmiyyət, yeni iqtisadi münasibətlər sistemi quruculuğunun davam etdiyi bir şəraitdə qadınların cəmiyyətdəki rolunun araşdırılması zəruri və əhəmiyyətli məsələlərdəndir. Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın yeni nəşr edilən “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” adlı dərs vəsaiti, ilk növbədə, müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə ­aktuallığı ilə səciyyələnir.

Dərs vəsaiti “Giriş”, 4 fəsil, “Nəticə” və istifadə olunmuş ədəbiyyatların siyahısından ibarətdir. Əsərin “Giriş” hissəsi rəsmi formada yazılmış və mövzu haqqında ilkin təsəvvür yaratmaq məqsədi daşıyır. Aydın olur ki, yeni nəşr həm Azərbaycan tarixinin müəyyən mərhələsini öyrənmək, həm də ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində gender probleminə ayrıca diqqət yetirilməsi baxımından aktualdır.
Kitabın “Azərbaycan qadını 1970-1990-cı illərin əvvəllərində” adlı birinci fəsli 2 yarım­fəsildən ibarətdir. “1970-1980-ci illərin ilk yarısında Azərbaycan dövlət qadın siyasəti və qadınların sosial tərəqqisi” adlı I yarımfəsildə müəllif 1969-cu ildə ulu öndər Heydər Əliyevin birinci dəfə Azərbaycanda ali hakimiyyətə gəlişindən sonra ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və siyasi həyatında baş verən mütərəqqi dəyişiklikləri ümumi şəkildə dəyərləndirib. Dahi şəxsiyyətin ardıcıl səyləri nəticəsində cəmiyyət həyatının fəal üzvünə çevrilən Azərbaycan qadını 1970-ci illərdən sonrakı dövrdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. I fəslin növbəti yarımfəslində də tədqiq edilən dövrün yüksək elmi səviyyədə dəyərləndirildiyini görürük.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR