23 Noyabr 2019, Şənbə

Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavidin nakam övladı, parlaq istedad sahibi Ərtoğrolun şeirə, sənətə, poeziyaya olan vurğunluğu hələ uşaq yaşlarından özünü büruzə verib. O, hələ ikinci sinifdə oxuduğu zaman “Ay” adlı şeir yazmış və bununla diqqət çəkmişdi.

Ardını oxu...

İslam Səfərli Azərbaycan təbiətinin vurğunu və onun ən gözəl tərənnümçülə­rin­­dən biridir – desək, zənnimizcə, onun oxucularının ürək sözlərini ifadə etmiş olarıq. Ana yurdumuzun bir-birindən gözəl mənzərələri ustad şairin şeirlərində ustalıqla tərənnüm edilmişdir. Bəzən “quzu kimi” sakit, “göy köynəyinə ütü çəkmiş Xəzər”, bəzən də şahə qalxmış dalğaları hayqıraraq, sahilləri gəmirən Xəzər, qumlu sahillər, havası can dərmanı, şanısı ağızlarda bal dadan Naxçıvanın gözəl guşələri: Batabat yaylaqları, Xalxal meşəsi, Şərur düzü və sair şair şeirlərind Naxçıvan torpağının ətri duyulmaqdadır.

Görkəmli ədəbiyyatşünas Pənah Xəlilovun sözləilə desək İslam Səfərlini oxucu üçün hörmətli edən, onun “həqiqətpərəstliyi və sadəliyidir”. İslam Səfərli özünün poetik imkanlarını nəzərə alır, vərdiş etdiyi yazı tərzini tez-tez dəyişməyi xoşlamır. Beş-on ildən bir dəyişən dəb onu cəlb etmir; bu poetik modanın fiqurları, obrazlı ifadələri şairin yaradıcılıq təbiətinə təsir göstərmir. Əlbəttə, həssas oxucu başa düşə bilər ki, bu mühafizəkarlıqdan, yeniliyə biganəlikdən doğmur. Bu vəziyyəti rəngarənglikdən qaçmaq kimi də izah etmək olmaz. Bunu ancaq və ancaq şairin öz imkanlarına, öz üslubuna, poetik aləminə sədaqəti kimi mənalandırmaq daha doğru olardı. Şair “Mənim adi günlərim” şeirində səmimi etiraf edir:

                                      Süni ucalmaq hissi

                                      Mənə heç yaraşmayır.

                                      Yöndəmsiz ucalandan

                                      Xalqıma kar aşmayır.

İslam Səfərli hiss edir ki, hansı bir dəbə uysa özündən uzaqlaşacaq, qeyd

etdiyi kimi, “yöndəmsiz” olacaqdır.

Ardını oxu...


Türkiyənin Fethiye bölgəsində keçirilən “ II Dənizlərimiz və Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalına yekun vurulub.
 Fethiyə Bələdiyəsi və Fethiye Dəniz Ticarət Dipartamenti tərəfındən təşkil olunmuş “ II Dənizlərimiz və Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalına yekun vurulub. Naxçıvan Muxtar Respublikasını Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyevanın "Al boxçanı gəl Fethiyəyə" adlı əsəri festivali iştirakçılarının marağına səbəb olub.

Ardını oxu...


Keçirilən tədris planına uyğun olaraq 2019-2020-ci tədris ilində Xarici dil (İngilis) müəllimliyi ixtisasına qəbul olan Hazırlıq kursu tələbələrinin çərşənbə günləri ənənəvi olaraq müəyyən olunmuş qrafiklə təşkil olunan ekskursiyaları davam etdirilir.

Ardını oxu...

Noyabrın 27-də Estoniyanın paytaxtı Tallindəki “Artis Cinema” salonunda Azərbaycan filmi “Nəsimi”nin nümayişi olunacaq.

Baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film azərbaycan dilində və ingilis subtitrləri ilə göstəriləcək. Giriş sərbəstdir.

“Nəsimi ili” çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqlımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub.

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR