25 May 2020, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və yeniyetmələrə vətənpərvərlik hislərinin aşılanması məqsədilə “Xocalı soyqırımı” adlı sənədli filmi nümayiş olunub.
Tədbirdə muxtar respublikanın ali və orta ixtisas müəssisələrinin tələbələri iştirak ediblər.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 23 ildönümünə həsr olunmuş muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı və şeir müsabiqələri keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Xocalı qurbanlarının xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi, vətəndaşlıq hislərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olub. Tədbirin açılışında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin nümayəndələri çıxış edərək Xocalı soyqırımı haqqında məlumat veriblər.
Sonra şagirdlərin ifasında Xocalı soyqırımı haqqında şeirlər səslənib. Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Şeir müsabiqəsində Naxçıvan şəhərindəki Qızlar Liseyinin şagirdi Gülay Novruzova birinci, Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinin şagirdi Aysu Pirməmmədli ikinci, Sədərək rayon Qaraağac kənd tam orta məktəbinin şagirdi Vəfa Əliyeva üçüncü yerlərə layiq görülüblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və tarixi həqiqətlərin gənclərə çatdırılması məqsədilə “Dolu” bədii filmi nümayiş olunub. Film Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilib. Film Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.
Qeyd edək ki, bu cür filmlərin nümayiş etdirilməsi qarşıdakı aylarda da nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Su Tanrının insana bəxş etdiyi ən böyük və əvəzsiz sərvətdir

Novruz xalqımızın milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürdə daşlaşmış bayramdır. Bu bayramın elmi-mifoloji şərhi ilə əlaqədar elmi düşüncədə müxtəlif mülahizələrin olmasına baxmayaraq, tədqiqatçılar Novruzun bahar bayramı olması fikrinə əsaslanır. Çünki bayramın semantikasında xalq-meydan tamaşalarından tutmuş ayrı-ayrı mövsümi atributlara qədər bu “mifoloji yol”un izləri özünü qoruyub saxlamışdır. 

Gecə ilə gündüzün bərabərləşməsini, xeyir qüvvələrin şər qüvvələr üzərində qələbə çalmasını, ildırımın çaxmasını, yağışın yağmasını, əkinçilik təsərrüfatı həyatının başlanğıcını özündə təcəssüm etdirən Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin (havanın), torpağın isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır.

Ardını oxu...

Tarixi çox da qədim olmayan Azərbaycan memuar ədəbiyyatı müxtəlif istiqamətləri əhatə edir. İndiyədək respublikamızda Birinci və İkinci Dünya müharibələrinin iştirakçıları, partizan hərəkatının nümayəndələri, ayrı-ayrı elm sahələri üzrə xüsusi xidmətləri olan məşhur şəxsiyyətlərə aid xatirələr toplanılıb çap edilərək oxuculara çatdırılmışdır. Memuar ədəbiyyatımızı zənginləşdirən bir istiqamət də məşhur şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərimiz haqqında yazılan xatirələrdir. Bu xatirələrin bir qismində müəlliflər öz ədəbi-mədəni və ictimai fəaliyyəti haqqında yazmışlar. İkinci qisim xatirələr isə başqa müəlliflərin müxtəlif şair, yazıçı, mədəniyyət və incəsənət xadimləri haqqında yazdıqlarıdır. Bu qrupa daxil olan xatirələrin olduqca az miqdarı gündəliklər və müxtəlif sənədlərə əsaslanmaqla yazılmışdır.

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR