25 May 2020, Bazar ertəsi

Həmyerlimiz, şair-publisist Cavad Cavadov uşaqlar üçün bir sıra maraqlı şeir, poema, mənzum-nağıl və pyeslərin müəllifidir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında müəllifin uşaqlar üçün yazdığı “Tovuzquşunun nəğmələri” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub.
Tamaşada xeyirxahlıq, mərhəmət, ədalət hisləri təbliğ olunmaqla bərabər, zülmkarlıq, hiyləgərlik, xəyanət kimi mənfi keyfiyyətlər tənqid olunur. Müəllifin folklorumuzdan bəhrələnərək yazdığı bu əsərdə balaca tamaşaçılar Tovuzquşu, Maral, Şir, Tülkü, Canavar, Sağsağan, Qarğa kimi obrazlarla tanış olacaqlar. Tamaşanın məqsədi balaca tamaşaçılara nəcib duyğular aşılamaqdır. “Tovuzquşunun nəğmələri” tamaşasında şən mahnılar da uşaqların zövqünü oxşayacaq.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov, Xalq artistləri Kamran Quliyev, Yasəmən Ramazanova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, şair Zaur Vedili, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev çıxış edərək fikir və rəylərini bildiriblər. Əsərin müəllifi Cavad Cavad­ovun qızı Lalə Cavadlı isə çıxışında atasının uşaqlar üçün yazdığı pyesinin Naxçıvan Dövlət Kukla Teatrında tamaşaya qoyulmasına görə minnətdarlığını bildirib.
Qeyd edək ki, tamaşanın bəstəkarı Əli Məmmədovdur. Səhnə əsərinin quruluşçu rəssamı Murad Babayevin səhnə tərtibatı uğurludur. Tamaşanın quruluşçu rejissoru isə Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazan­ovadır. Tamaşada Kukla Teatrının aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, Ulduz Süleymanova, Süleyman Süleymanov, İlham Babayev, İlqar Babayev, Səriyyə İsmayılzadə, İbad Nəbiyev rol alıblar.

Əli RZAYEV

Qış fəsli nə dərəcədə sərt keçsə də, xalqımız onun gəlişini bayram kimi qarşılayıb, onun gəlməsi ilə bağlı müxtəlif mərasimlər icra edib. Ümumiyyətlə, qış həm də aşıq məclisləri, qadınların toxuculuq işləri ilə yaddaqalan fəsil kimi tanınıb. İnsanlar bütün yorğunluqlarını qış mövsümündə atıblar. Qış görüləcək işlərin az olması səbəbi ilə həm də bir dincəlmə və əyləncə mövsümüdür. 

Xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq, çillə adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav çillə (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir. El arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı arasında deyilmiş bir söyləmə də vardır.

Ardını oxu...

Bəşər mədəniyyətinə zaman-zaman dəyərli töhfələr vermiş, məşhur dahilər bəxş etmiş ulu Naxçıvanın iyirminci əsrdə yetirdiyi ən böyük ziyalılardan biri filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Əziz Şərifdir. Onun adı Məmmədcəfər Cəfərov, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı kimi ustad alimlərlə bir sırada çəkilir.
Əziz Şərifin yaradıcılıq fəaliyyəti çoxcəhətli və zəngindir. “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 26 yanvar 2015-ci il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Maraqlı həyat və zəngin yaradıcılıq yolu keçən Əziz Şərif ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində səmərəli fəaliyyət göstərmiş, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının az tədqiq olunan ədəbi şəxsiyyətləri haqqında qiymətli əsərlər yazmışdır. Çoxlu məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və mono­qrafiyaların müəllifi olan Əziz Şərifin elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilmişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan Əziz Şərif bədii tərcümə və publisistika sahəsində də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan klassik yazıçı və mütəfəkkirlərinin əsərlərini rus dilinə tərcümə etmişdir”.

Ardını oxu...

Qədim Naxçıvan diyarının tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir.
Yanvarın 24-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurası və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar.
Məlumat verilib ki, muzeydə 4500-dən çox eksponat vardır. Fəaliyyət göstərdiyi dövrdə muzeyin 250 mindən çox ziyarətçisi olub. Vurğulanıb ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
Həmin gün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.

Ardını oxu...

Böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. Beləliklə, M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T.Sidqinin adı ilə bağlıdır.

Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olmuşdur. O, ilk təhsilini Molla Məhəmməd Tağı adlı bir axundun yanında almışdır. Sonra Şah Hüseyn Soltan mədrəsəsində oxuyan Sidqi bilik və məlumatlarını bir qədər də təkmilləşdirmişdir. Gənclik illərində qısa müddət Cənubi Azərbaycanda yaşamış, burada təhsilini dərinləşdirməklə yanaşı, ordubadlı tacirlərin yanında ticarətlə də məşğul olmuşdur. Təxminən, 1885-ci ildə İrandan Ordubada qayıtmışdır. 10 ilə yaxın bu şəhərdə yaşamış, maarifçilik və bədii yaradıcılıqla məşğul olmuşdur. Onun ailəsini dolandırmaq üçün açdığı çayxana yerli ziyalıların əsas ictimai müzakirə meydanına çevrilmişdir. Oğlu, tanınmış publisist və tərcüməçi Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci ildə yazdığı “Tərcümeyi-halım” adlı avtobioqrafik xarakterli xatirəsində atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir: “O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur... Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetlər də alıb oxuyarmış...

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR