21 Noyabr 2019, Cümə axşamı

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Aləmzər İbrahimova açaraq qeyd etmişdir ki, Xalq yazıçısı Hüseyn İbrahimov XX əsr Naxçıvan ədəbi mühitinin yetişdirdiyi söz sənətkarlarından biridir. Vurğulanmışdır ki, onun “Sabahın sorağında”, “Günəş doğan yerdə”, “Bahar yağışı”, “Əsrin onda biri”,”Böhtan” adlı irihəcmli əsərləri geniş oxucu kütləsinin sevə-sevə oxuduğu əsərlərə çevrilmişdir. Yazıçının “Ölməz mahnılar” kino-povesti, “İtirilən sağlıq”, “Torpağın övladları” pyesləri, “Baharın hekayəsi”, “Qu quşları öləndə oxuyurlar” povestləri insanları mənəvi kamilliyə çağırır. Qeyd edilmişdir ki, Xalq yazıçısının müxtəlif illərdə nəşr olunmuş “Zərifənin çiçəkləri”, “Şirin xatirə”, “Nəciblik”, “Göyərçinin məhəbbəti”, “Səhv edəndə” və başqa kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Xalq yazıçısının bir sıra əsərləri rus, fransız, tatar və başqa dillərə də tərcümə edilmişdir.

Ardını oxu...

Azərbaycan tarixində folkloru, elmi, incəsənəti, memarlığı, hərb sənəti, dövlətçiliyi və digər sahələri ilə seçilən qədim Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühiti də mövcud olmuşdur. Ədəbiyyatımıza Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi nəhəng simalar bəxş edən Naxçıvan ədəbi mühitinin Məmməd Araz, İslam Səfərli, Hüseyn İbrahimov, Adil Babayev, Müzəffər Nəsirli, Hüseyn Razi, Əliyar Yusifli kimi görkəmli qələm sahibləri də öz yaradıcılıq dəst-xətləri ilə seçilmiş və ədəbiyyatımızda iz qoymuşlar. 

Ardını oxu...

Beynəlxalq Azərbaycan jurnalı olan “İrs” jurnalının 2014-cü ildə nəşr olunan 2-ci nömrəsində tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhməd­ovun “Rus rəssamı İ.P.Şeblıkinin əsərlərində Naxçıvan” məqaləsi dərc olunmuşdur. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq məqalənin tərcüməsini bugünkü nömrəmizdə dərc edirik.

Azərbaycanın arxeologiya və memarlıq tarixində rus rəssamı İ.P.Şeblıkinin özünəməxsus yeri vardır. Onun şəkil və rəsmləri əvəzsiz tarixi mənbələrdəndir.
İ.P.Şeblıkin 1884-cü ildə Voronejdə anadan olmuş, 1886-cı ildə isə ailəsilə birlikdə Tiflisə köçmüşdür. Atası onu Kazan məktəbinin memarlıq-bədii şöbəsinə qoyur. Bu məktəbi o, 1909-cu ildə uğurla başa vurur. Elə həmin ildən də Qroznıdakı peşə məktəbində və qadınlar gimnaziyasında dərs deməyə başlayır. 1914-cü ildə Vladiqafqaza köçərək Müəllimlər İnstitutunda və kadet korpusunda müəllimlik edir, 1917-ci ildən sonra isə ilk sovet fəhlə fakültəsində və Ali Pedaqoji İnstitutda mühazirələr oxuyur və eyni zamanda bədii məktəbin müdiri vəzifəsində çalışır.

Ardını oxu...

Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Sirab kənd mədəniyyət evində bu mövzuda tədbir keçirilib. Tədbirdə Naxçıvanda yaşayıb yaradan şair və yazıçıların muxtariyyətimizə həsr olunmuş əsərləri müzakirə edilib. Müzakirədə giriş sözü ilə çıxış edən Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova tədbirin mahiyyətindən danışıb.
Tədbirdə MKS Sirab kənd filialının əməkdaşı Zemfira Səfərova, mədəniyyət evinin əməkdaşı Ülviyyə Məmmədova, kənd tam orta məktəbinin müəllimi Elgün Quliyeva qeyd ediblər ki, muxtariyyətimiz bizim ən böyük sərvətimizdir. Bu sərvətin qorunmasında yaradıcı ziyalıların üzərinə mühüm vəzifələr düşür. Bunu dərindən dərk edən naxçıvanlı şair və yazıçılar daim öz əsərlərində bu mövzunun bədii həllinə çalışıblar. Adil Babayev, İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Məmmədəli Tarverdiyev, Əbülfəz Abdullayev, Hüseyn Razi, Əliyar Yusifli, Hüseyn Əzim və başqalarının muxtariyyətimizlə bağlı qələmə aldıqları əsərlər bu gün də sevilə-sevilə oxunur. Çağdaş dövrümüzdə yaşayan şair və yazıçılar bu estafeti uğurla davam etdirirlər. Elman Həbibin, Muxtar Qasımzadənin, Asim Yadigarın, Elxan Yurdoğlunun və başqalarının yaradıcı­lığında muxtariyyətimizə bugünkü prizmadan baxış diqqəti cəlb edir.
Sonra muxtariyyətimizdən bəhs edən əsərlərdən ibarət sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

Bu il M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 25 ili tamam olur. Bu illər ərzində teatr bir sıra yaradıcılıq uğurlarına imza atmış, teatrsevərləri, balaca tamaşaçıları maraqlı tamaşaları ilə sevindirmişdir. Teatrın kollektivi ölkəmizdə və xarici ölkələrdə müxtəlif festivallarda muxtar respublikamızı uğurla təmsil edir. Bu yaxınlarda teatr IV Beynəlxalq Kukla Teatrları Festivalından qayıtmışdır. Teatrın bədii rəhbər-direktoru, Xalq artisti Yasəmən Ramazanova ilə söhbətimiz elə teatrın iştirak etdiyi festival barədə oldu:

– Naxçıvan Dövlət Kukla Teatrı artıq üçüncü dəfədir ki, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” festivalında iştirak edir. Ənənəvi olaraq, iki ildən bir keçirilən festival haqqında oxucularımıza bir qədər ətraflı məlumat verməyinizi istərdik.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR