23 Noyabr 2019, Şənbə

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetində “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar və praktik məşğələ keçirilib.

Ardını oxu...

Kiçik Qafqaz sıra dağlarının Zəngəzur və Dərələyəz silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının eyniadlı paytaxtı Araz çayına doğru uzanan yaşıl düzənlikdə yerləşir. Təyyarə səfərimdə ilk dəfə gedəcəyim Naxçıvan haqqında düşünürdüm. Orada nə ilə qarşılaşacağım haqda heç bir anlayışım yox idi. “Ən yaxşısı hər şeyi gedib görməkdir”, – deyə düşünərkən, sərnişinlərin “Naxçıvana düşdük” sözləri ilə birdən qəlbim döyünməyə başladı. Təyyarə uçuş-enmə zolağına enən anda içimdə inanılmaz rahatlıq hiss etdim və inanılmaz bir təbəssümlə təyyarədən endim. Mən Naxçıvandayam. Burada danışılan Azərbaycan türkcəsinin ana dilim türkcə ilə çox oxşarlıqları olsa da, mühüm fərqləri də vardır. Səfər boyunca məni gülümsədən, mehribanlığını hiss etdiyim bu şəhərdə daha nə ilə qarşılaşacağımı düşünürəm.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqovun 13 rəsm əsəri muzeylərə hədiyyə edilib.
Bu münasibətlə keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, muxtar respublikada incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına dövlət qayğısı göstərilir. Son illər diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi rəssamlığın inkişafına göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Ardını oxu...

Slovakiyanın paytaxtı Bratislava şəhərində Dövlət Filarmoniyasının böyük zalında dünya şöhrətli Avropa kollektivlərindən biri olan Slovakiya Filarmonik orkestrinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artisti Əyyub Quliyevlə konserti olub.

Bu, azərbaycanlı dirijorun tanınmış simfonik orkestrlə debütü və həmin konsertdə ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun "Karvan" simfonik lövhələrinin ifası ilə əlamətdar idi. Əsərin ifası bu il 100 illik yubileyini qeyd etdiyimiz Soltan Hacıbəyovun yubileyinə gözəl bir töhfəyə çevrilib. Dinləyicilər azərbaycanlı bəstəkarın əsərini böyük sevgi və rəğbətlə qarşılayıblar.

“Karvan”ın uğurlu ifasından sonra dirijor əsərin partiturasını Slovakiya Filarmoniyasının kitabxanasına hədiyyə edib.

Qeyd edək ki, dirijor Əyyub Quliyevin konserti 71-ci mövsümünü qeyd edən Slovakiya Filarmoniyasının “Tanınmış silsilələr” abonementində xüsusi yer alıb. Proqramda Azərbaycan musiqisi ilə bərabər rus musiqi mədəniyyətinin ən parlaq nümunələri yer alıb.

Konsertdə solist qismində müasir musiqi üzrə tanınmış mütəxəssislərdən biri, məşhur skripka ifaçısı Milan Pyala (Slovakiya) iştirak edib.

AZƏRTAC

“Naxçıvan” Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş “İsmayıl Şıxlı – 100” adlı elmi konfrans keçirilib.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR