12 Dekabr 2019, Cümə axşamı

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi TÜRKSOY (Türk Kültür və Sanatları Ortaq Yönetimi) səviyyəsində Türkiyə Respublikasının paytaxtı Ankara və ölkənin ən böyük şəhəri İstanbulda geniş qeyd olunmuşdur. 

Dekabrın 24-də mənzil qərargahı Ankara şəhərində yerləşən TÜRKSOY-un konfrans salonunda Hüseyn Cavidin 130 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov, TÜRKSOY-un baş katibinin müavini Fırat Furtaş, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Araşdırma və təhsil şöbəsinin müdiri Əhməd Arı, tədqiqatçı-alim Azər Turan, Qazi Universitetinin professoru Əhməd Bican Ercilasun, Qırğızıstan Yazıçılar Birliyinin sədri Omar Sultanov, Avroasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu və başqaları görkəmli Azərbaycan şairinin sənət dünyasından danışmışlar.
Sonra Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı sənədli film nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy, Əməkdar artist Eyyub Yaqubov, Vaqif Əsədov və Ülviyyə Novruzovanın ifalarında romantik şairin şeirləri və sözlərinə bəstələnmiş nəğmələr səsləndirilmişdir.
Tədbirin sonunda TÜRKSOY rəhbərliyinə Naxçıvan Muxtar Respublikası və Hüseyn Cavidlə bağlı nəşr edilmiş kitablar təqdim olunmuşdur.
Həmin gün axşam saatlarında Ankaranın Keçiörən Bələdiyyəsinin teatr salonunda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədibin eyniadlı pyesi əsasında hazırlanmış “İblis” tamaşası teatrsevərlərə təqdim edilmişdir.
Dekabrın 26-da isə İstanbul Universitetinin Konqres və Mədəniyyət Mərkəzində böyük ədibin 130 illiyi münasibətilə keçirilən tədbirdə universitetin rektoru, professor-doktor Yunus Söyletin, universitetin əməkdaşlarından professor-doktor Mustafa Özkanın, Nuri Ücenin, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənovun, Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Həsən Zeynalovun, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun və başqalarının çıxışları olmuşdur.
Sonra Naxçıvan teatrının ak­tyorları “İblis” tamaşasını teatrsevərlərə təqdim etmişlər.

Əli RZAYEV

Yanvarın 6-da Daxili Qoşunların Naxçıvan Alayında tanınmış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti Azərin Tağıyevanın konserti olub.
Tədbirdə Naxçıvan Alayının komandirinin müavini, mayor Şahin Bəylərov çıxış edərək ordumuzun artan qüdrətindən, xalq-ordu birliyindən və bu birliyin sarsılmazlığından danışıb.
Sonra söz alayın sözlü-nəğməli qonağına verilib. Azərinin ifasında səslənən vətənpərvərlik mövzusunda mahnılar əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.
Konsertin sonunda Azərin Tağıyeva Daxili Qoşunların Naxçıvan Alayının fəxri fərmanı ilə təltif edilib. Qonaq göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Dilrubə NOVRUZOVA

Dekabrın 30-da Naxçıvan şəhərindəki “Təbriz” otelində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Cabbarov əlamətdar gün münasibətilə gənc­ləri təbrik etmiş, Həmrəylik Gününün əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, dünya azərbaycanlılarının ən əziz bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan parlamentinin sessiyasında təsis olunmuşdur. Dünya azərbaycanlılarının birliyinin əldə olunmasının, ölkədə və dünyada Azərbaycançılıq anlayışının milli təfəkkür idealına çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən nazir bu tarixi missiyanın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Gənc zabit Azər Məmmədov, Naxçıvan Dövlət Universitetinin tələbəsi Aytən İsmayılova, partiya fəallarından Tural Rzayev çıxış edərək ölkəmizdə gənc nəslə göstərilən dövlət qayğısından danışmışlar.
Sonra Naxçıvan Musiqi Kolleci kollektivinin ifasında musiqi nömrələri səsləndirilmişdir.
Sonda ən yaxşı gənc idmançılar, məşqçilər, müəllimlər, həkimlər, alimlər, zabitlər, əsgərlər, kursantlar, aktyorlar, müğənnilər, şairlər, jurnalistlər, dövlət qulluqçuları, Yeni Azərbaycan Partiyasının gənc fəalları, gənc rəssamlar və sosial şəbəkə fəalları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

“Duzdağ” otelində feysbuk sosial şəbəkəsində fəaliyyət göstərən “Naxçıvan gəncləri” qrupu üzvlərinin görüşü keçirilib.
Tədbirin aparıcısı keçirilən görüşün mahiyyəti barəsində qrup üzvlərinə ətraflı məlumat verib, internetin bugünkü həyatımızdakı rolu və imkanlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər doğma Naxçıvanımızın həqiqət carçısına çevrilmiş qrupun yaradılmasının əhəmiyyətindən, ötən dövr ərzindəki fəaliyyətindən və gələcək planlarından danışıblar.
Sonra sosial şəbəkələrdə xüsusi fəallıq göstərən gənclər mükafatlandırılıblar.
Naxçıvan Musiqi Kollecinin “Dilrüba” muğam ansamblının, Naxçıvan Özəl Universitetinin tələbələrindən ibarət “Dəniz” vokal ansamblının, Naxçıvan Dövlət Universitetinin “Şən və hazırcavablar klubu”nun çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb.


Xəbərlər şöbəsi

Bir neçə gündən sonra 2013-cü ili qarşılayacağıq. Bu müna­sibətlə şəhərimizdəki mədəniyyət müəssisələri bir sıra maraqlı və şən tədbirlər keçirməyi nəzərdə tutur.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında, Naxçıvan Dövlət Uşaq Teatrında, Naxçıvan Dövlət Filarmoniyasında Yeni il şənlikləri hazırlanmışdır.
2013-cü ili şən qarşılamaq üçün Naxçıvan Dövlət Kukla Teatrı Yeni il şənliklərinə dekabrın 30-dan başlayacaq. Yanvarın 5-dək davam edəcək Yeni il şənliklərində teatrın kollektivi “Uf-uf xanım” və “Meşə macəraları” tamaşalarını təqdim edəcəkdir. Tamaşalardan əvvəl şən mahnı və rəqslər ifa olunacaq, Şaxta baba, Qar qız və kloun şənliklərə rəng qatacaq. Tamaşalar saat 1100, 1300 və 1500-da başlayacaq.
Naxçıvan Dövlət Uşaq Teatrı da hər il olduğu kimi, bu il də balacalar üçün maraqlı səhnəciklər hazırlamışdır. Uşaq teatrının tamaşaları 1-6 yanvar tarixlərində saat 1200 və 1400-da nümayiş olunacaq. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayevin müəllifi və rejissoru olduğu “Sehrli saat” kompozisiyası uşaqları nağıllar aləminə aparacaq. Folklorumuzdan bəhrələnərək hazırlanmış kompozisiya uşaqlara şən əhval-ruhiyyə bəxş edəcəkdir. Teatrın tədbirləri bədii və şənlik hissələrindən ibarət olacaqdır. Yeni il şənliklərində uşaqlar üçün əyləncəli oyunlar, mahnı və rəqslər də hazırlanmışdır.
Naxçıvan Dövlət Filarmoniyası da uşaqlar üçün əyləncəli şənlik proqramı təqdim edəcəkdir.


Əli RZAYEV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR