15 Avqust 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirmişdir ki, illər ötsə də, bu faciə heç zaman unudulmur, şəhidlərimizə diqqət və ehtiram əlaməti olaraq muxtar respublikada fəaliyyət göstərən rəssamlar öz yaradıcılıqlarında tez-tez bu mövzuya müraciət edirlər.

Ardını oxu...

Dünən 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib. Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə keçirilən müsabiqəni Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və muxtar respublika Yazıçılar Birliyi təşkil edib.
Müsabiqədə rayon, şəhər turlarının qalibi olan 10 şagird iştirak edib. Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Röya Mirzəli müsabiqənin qalibi olub. Culfa rayon Dizə kənd tam orta məktəbinin 5-ci sinif şagirdi Nərminə Həsənova ilə Babək rayon Qoşadizə kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Güləmbər Nuriyeva ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qeyd edək ki, inşa yazı və şeir müsabiqələrində fəxri yerləri tutan və fərqlənən şagirdlərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları və qiymətli hədiyyələri, muxtar respublika Təhsil Nazirliyinin diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Film Fondunda “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra çıxışlar olmuşdur.
Sonda 20 Yanvar faciəsinə həsr olunan sənədli filmə baxılmışdır.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində 2012-ci ildə görülmüş işlərə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında mədəniyyət və turizm naziri Sarvan İbrahimov geniş məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, 2012-ci il də mədəniyyət sahəsi üçün uğurlu olmuşdur. Ötən il Culfa Şəhər Uşaq Musiqi Məktəbinin, Kəngərli rayonunun Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin, Şərur rayonundakı Aşağı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin yeni binaları istifadəyə verilmişdir. 2012-ci ildə Şərur rayonunun Dərəkənd, Danyeri, Kərimbəyli, Qorçulu, Kəngərli rayonunun Çalxanqala, Ordubad rayonunun Behrud, Biləv, Parağa, Yuxarı Əylis, Culfa rayonunun Milax, Ləkətağ, Boyəhməd, Sədərək rayonunun Sədərək kəndlərində istifadəyə verilən kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün də yerlər ayrılmışdır.
Qeyd olunmuşdur ki, 2012-ci il “Milli dəyərlər ili” elan olunmuş, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilmişdir. Belə ki, “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam festivalı, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr təşkil olunmuşdur. 2012-ci ildə “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri” kitabları çap edilmiş, xalq yaradıcılığının ən qədim qaynağını özündə yaşadan “Şərur yallıları”ndan ibarət disk buraxılmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbiri muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Nizami Rəhimov açmışdır.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Mirməcid Seyidov, Cəlil Məmmədquluzadə adına Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, şəhid qardaşı Emin Hacıyev və başqaları çıxış etmişlər. Qeyd olunmuşdur ki, 20 Yanvar hadisələri xalqımızın milli azadlıq arzusuna qarşı törədilmiş ən böyük təcavüz faktı, bir qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini sıx birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Sonda şagirdlər 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndirmiş, muzeydə təşkil edilmiş sərgiyə baxış olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR