25 May 2020, Bazar ertəsi

Ata-babalarımız həyati əhəmiyyət kəsb edən təbiət hadisələrini müşahidə edərək feneoloji müşahidələr əsasında xalq təqvimi tərtib etmiş, təsərrüfat işlərini bu təqvimə uyğun olaraq görmüşlər. Fikrimizcə, erkən yaz xalq təqvimin ən təzadlı, dəyişkən dövrüdür. Çünki rəncbər ata-babalarımız Novruz bayramından sonra təbiətdə baş verən dəyişikliklərin hər birinə xüsusi ad vermişlər.

Ardını oxu...

Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Eurovision 2020" onlayn-konsert formatında keçiriləcək.

Bu barədə məlumat müsabiqənin saytına yerləşdirilib.

Bildirilir ki, mahnı müsabiqəsi “Eurovision: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.

Ardını oxu...


Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirib. Bu xalçaları bəzəyən əsas elemetlərdən şaquli istiqaməti zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və s. xalqın genetik yaddaşından silinməyən inanclar və təsəvvürlərlə bağlıdır. Toxunan naxışlar sistemi semantika müəllifliyindən asılı olmayaraq bir məkan üzərində real şəkildə və ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir.

Ardını oxu...

Koronavirus təhlükəsi ilə əlaqədar ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Milli Kitabxananın əməkdaşları onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir.

Kitabxanadan bildirilib ki, martın 11-dən 31-dək Milli Kitabxananın onlayn xidmətləri vasitəsilə 659 istifadəçiyə sənədlərin elektron çatdırılması xidməti göstərilib. Bu müddət ərzində onlara 1800 kitab və 4200 məqalənin elektron çatdırılması təmin olunub.

Ardını oxu...

XIX əsrin sonu, XX əsrin əvvəllərinə məxsus Naxçıvan ədəbi, elmi mühitinin görkəmli simalarından biri də Eynəli bəy Sultanovdur. Tanınmış yazıçı, publisist, ictimai xadimin çoxcəhətli fəaliyyəti, uzun illər xaricdə yaşaması onun dünyagörüşünün formalaşmasında, xalqın müasirləşməsi uğrunda daha fəal mübarizə aparan, millətsevər bir ziyalı kimi yetişməsində müstəsna rol oynamışdır. Müxtəlif hüquq idarələrindəki fəaliyyəti – quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi, İrəvan Dairə Məhkəməsində tərcüməçi, məhkəmə katibinin köməkçisi, Dairə Məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi, Dairə Məhkəməsi prokurorunun köməkçisi vəzifələrində çalışması Eynəli bəyin cəmiyyət həyatını bütün incəliklərinə kimi öyrənməsinə, xalqının acınacaqlı taleyini daha yaxından müşahidə etməsinə, ən əsası da böyük yazıçı, publisist kimi formalaşmasına mühüm təsir göstərmişdir.

Eynəli bəy Sultanovun ictimai-siyasi fəaliyyəti bədii, publisistik yaradıcılığına da öz təsirini göstərmişdir. Məqalələrində onun siyasi baxışlarının, o dövrün siyasi hadisələrini qərəzsiz, dürüst bir şəkildə təhlilinin, bütün xalqlara olan humanist mövqeyinin şahidi oluruq. Lakin bu publisist nümunələrdən də aydın göründüyü kimi, zamanla, Eynəli bəyin rus və ermənilərə qarşı münasibəti dəyişmiş, görkəmli ədəbiyyatşünas alim Vilayət Quliyevin də qeyd etdiyi kimi, “hər addımda Azərbaycan türklərinə ikinci dərəcəli vətəndaşlar kimi baxan, onların haqlarını tapdayan şovinist rus hakimiyyətini, bu işdə çar məmurlarının dəmtutanı olan erməni təxribatçılarını” mətbuat vasitəsilə tənqid etmişdir.
Eynəli bəyin bu mövzuda yazdığı məqalələri rusların və ermənilərin hələ XX yüzilliyin əvvəllərindən azərbaycanlılara olan nifrətinin, düşmənçilik münasibətlərinin mövcudluğunun sübutu kimi olduqca əhəmiyyətlidir. Bu baxımdan onun “İrəvan hadisələri” məqaləsi maraq doğurur. Məqalədə Eynəli bəyin dövrünün açıqfikirli ziyalısı kimi fəaliyyətindən, xalqları bir-birinə düşmən edən, onların mənəviyyatını təhqir edən yerli burjuaziya və ümumi düşmən olan hakim təbəqələrə qarşı mübarizəsindən, çarizmin milli qırğın siyasətindən bəhs olunur. Məqalənin 1905-ci ildə yazılması heç də təsadüfi deyil. Tarixdən də məlum olduğu kimi, 1905-1907-ci il hadisələri Azərbaycan tarixində ermənilər tərəfindən xalqımıza qarşı törədilən sonralar silsilə halını almış soyqırımının ilk mütəşəkkil mərhələsi olmuşdur. Azərbaycanın bir çox bölgələrində – Bakı, İrəvan, Naxçıvan, Cəbrayıl, Şuşa, Gəncə, Qazax və başqa ərazilərdə qırğınlar planlı şəkildə, etnik təmizləmə məqsədilə törədilmiş, icraçıları bilavasitə və birbaşa ermənilər olmuşdur.

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR