25 May 2020, Bazar ertəsi

Haqqında söhbət açacağımız çox qədim musiqi aləti tənbur və ya şirud qopuzun bir növü olub, “qolça qopuz” adı ilə də tanınıb. “Dədə Qorqud” filmində həmin alətdən istifadə edilib. Mizrabla çalınan ən qədim musiqi alətlərindən biri olan tənbur bir sıra xalqlara məxsus alətdir. Əksər xalqlar tənburu əsrlərlə yaşatmış, inkişaf etdirmiş, xalq çalğı aləti kimi qorumuşdur. Hazırda tənbur Orta Asiya xalqları tərəfindən yaşadılaraq musiqi aləti kimi geniş miqyasda tədris olunur. Bu alət üçün xüsusi musiqilər yazılır, konsert proqramlarında ondan professional səviyyədə istifadə edilir.
Tənbur armudvarı, kiçik, çanaqdan, uzun qoldan və bu qol üzərində bağlanmış 16-ya qədər pərdədən ibarətdir. Alətin simlərinin sayı növündən asılı olur.
Tənbur muğamların ən çox ifa edildiyi alət kimi hələ qədim zamanlardan şöhrət tapmışdır. Orta əsr musiqi alimi Dərviş Əli tənburu “bütün musiqi alətlərinin müəllimi” hesab etmişdir. Heç də təəccüblü deyil ki, Məhəmməd Füzuli “Yeddi cam” poemasında “Setar ilə söhbət” başlığında onu tənburdan fərqləndirməyərək deyir:

Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən
Rəğbət açarı ilə ona da bir qapı aç sən.
Aç bir qapı ki, zahir olub nəşələr ondan,
Qəlblərə gülərək daima olar gül kimi xəndan.
Füzuli də tərk eyləyərək qorxmaz əzabdan,
Bu hali-büstadan qoparar nəşələr hər an.

Tənburun Azərbaycan ərazisində çalınmasından və onun həmnövlərindən bəhs edən Əbdülqadir Marağayi aləti belə şərh edir: “Şirvanlılar tənburu o sazdır ki, təbrizlilər ondan çox istifadə edərlər. Onun quruluşu armud şəklində olub, səthi uzundur. Ona iki tək sim bağlanır. Simlərinin ahəngi tərəflərə nisbətən ətrafa daha geniş yayılır. Simlər hər biri digərindən aşağıda yerləşir”.
Dövrümüzə kimi gəlib çıxmış tənbur növlərindən fərqli olaraq muxtar respublikada yaşayan, bir çox qədim alətlərə yenidən həyat verən İxtiyar Seyidov 1998-ci ildə Naxçıvan Dövlət Universitetində təhsil aldığı dövrdə “Türk dövlətləri birliyi” adlı simpoziuma simvolik olaraq Naxçıvan tənburu hazır­layıb təqdim etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu ilin fevral ayında tarixi və əlamətdar, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər, ustad və açıq dərslər keçilmiş, eləcə də “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur.

Ardını oxu...

Qədim Naxçıvan diyarı təbii sərvətləri, uca dağları, əlçatmaz qayaları, zəngin vadiləri, coşqun dağ çayları, gümüşü bulaqları, min bir xəstəliyin dərmanı olan mineral suları ilə yanaşı, deyimləri ilə də məşhurdur. Bu gün nəzər yetirəcəyimiz deyimlər isə dadlı-duzlu mətbəximizdən gəlir.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb.

Ardını oxu...

Naxçıvan şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Rəssamların fırçasından qadınlar və güllər” adlı rəsm sərgisi təşkil olunub. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının iştirakı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil edilən sərgi açıq səma altında nümayiş etdirilib.

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR