14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İyunun 17-də Şərur şəhərindəki Mədəniyyət Sarayının zalında əyləşənlər içərisində mən də var idim. Səhnədə Kazım Ziya adına Ordubad Xalq Teatrının aktyorları tərəfindən Cəlil Məmmədquluzadənin “Kamança” əsəri nümayiş olunurdu. Elə ilk dəqiqələrdən tamaşaçıların rəğbətini qazanan ak­tyorlar onların diqqətlərini öz üzərlərinə çəkməyi bacarmışdılar. Elə buradaca qərara gəldim ki, Naxçıvan şəhərinə qayıdan kimi Ordubad Xalq Teatrının fəaliyyəti, keçdiyi yol barədə bir məqalə yazım. Az sonra gurultulu alqış səsləri ilə səhnədən yola salınan ak­tyorlar, görünür, bu diqqətdən razı qalmışdılar.
Sonrakı günlərin birində yolumu Ordubaddan saldım. Ordubad şəhərindəki mədəniyyət evinin binasında fəaliyyət göstərən bu sənət ocağının keçdiyi yolun tarixçəsi barədə bizi teatrın aktyoru və rejissoru Günəş Ağayeva məlumatlandırdı:

– Teatr incəsənətin aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən bir növüdür. Kökləri qədim zamanlara gedib çıxan bu sənətin tarixi Mirzə Fətəli Axund­ovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Gəmiqayadakı rəsmlər sübut edir ki, Naxçıvan ərazisində yaşayan insanların fəaliyyətində, qədim oyun mərasimlərində teatr sənəti elementləri mövcud olmuşdur. Qədim tarixə malik Novruz mərasimlərində xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə rast gəlinir. Novruz mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr nümunəsidir.
Həmsöhbətim bildirdi ki, Ordubadda tarixən müxtəlif yaradıcılıq sahələrinə maraq olub. Elə bu maraq nəzərə alınaraq 1944-cü ildə Ordubadda Dövlət Dram Teatrı təşkil edilir. Teatra M.S.Ordubadinin adı verilir. Həmin illərdə bir çox görkəmli sənətkarlar Ordubada gəlir, burada fəaliyyət göstərən teatrın tamaşalarının keyfiyyətini artırmaq məqsədilə aktyorlara məsləhətlər verirlər. Hətta Rza Əfqanlı bu teatrın aktyorları ilə birlikdə eyni səhnədə rol alır, Səməd Vurğunun “Vaqif” əsərində Eldar, “Fərhad və Şirin”də Fərhad rolunda çıxış edir.
Tamaşaların keyfiyyətinin artırılması yolunda görülən tədbirlərdən biri də Naxçıvan MSSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin Ordubada Naxçıvan teatrının aktyor və rejissorlarını yaradıcılıq ezamiyyətinə göndərməsi olur.
Bir müddət sonra ölkəmizin rayonlarının bir çoxunda yaradılmış Dövlət Dram teatrlarının fəaliyyəti nədənsə dayandırılır. Ordubad Dram Teatrı da bu taleyi yaşamalı olur. Lakin teatrda püxtələşmiş həvəskar aktyorlar dram dərnəyi vasitəsilə bölgə sakinlərinə mədəni xidmət göstərirlər. 1967-ci ilin sentyabrından isə xalq teatrı kimi fəaliyyətlərini davam etdirirlər. Teatr bir çox tədbirlərdə iştirak edir, öz rollarını həvəslə canlandıran aktyorlar tamaşaçıların qəlbinə yol tapa bilirlər. 1971-ci ildə İlyas Əfəndiyevin “Unuda bilmirəm”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Süleyman Sani Axundovun “Məhəbbət nişanəsi” kimi bir çox əsərlər səhnəyə qoyulub və uğur qazanıb.
Günəş Ağayeva onu da bildirdi ki, bu il biz Cəlil Məmmədquluzadənin “Kamança” əsəri üzərində işləyib bu əsərlə tamaşaçıların qarşısına çıxmaq qərarına gəldik. Əsərdə keçmiş və indiki erməni-müsəlman qarşıdurmasından, ermənilərin müsəlmanların başlarına açdığı müsibətlərdən bəhs olunur. Əsəri ilk dəfə rayonumuzun camaatı qarşısında nümayiş etdirdik. Oruc Əliyev, Nadir Məhərrəmov, Emin Yusifli, Rəcəb Quliyev və başqalarının rol aldıqları tamaşanın məşqinə iki aydan artıq zaman sərf olunsa da, sonda qazandığımız alqışlardan hiss etdik ki, çəkdiyimiz zəhmət hədər getməyib, tamaşa xalq tərəfindən bəyənilib. Bundan ruhlanaraq aprelin 10-da Babək rayonunda, iyunun 17-də isə Şərur rayonunda qastrol səfərlərində olduq. Hər iki rayonda da bizə göstərilən diqqət və qayğıdan, sevgidən xeyli razı qaldıq.
Repertuarında maraqlı səhnə əsərləri olan kollektiv tez-tez rayonun ayrı-ayrı yaşayış məntəqələrində, məktəblərdə olur, maraqlı tamaşalar göstərir. Günəş Ağayeva onu da qeyd etdi ki, onlar hal-hazırda Eynəli bəy Sultanovun “Sənəm” əsəri üzərində məşqlər aparırlar.

Səhnədə olan biri – fərq etməz, müğənni, aktyor, ifaçı üçün ən böyük hədiyyə gurultulu alqış səsləridir. Hansı ki o alqışlar səhnədə olan insana ruh yüksəkliyi, stimul verir, onu yeni yaradıcılığa sövq edir. Belə alqış səsləri ilə qarşılaşmaq üçün sənət adamları öz sahəsində professional olmalı və ən əsası da tamaşaçının qəlbinə yol tapmağı bacarmalıdır.

Fatma Babayeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272123
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1744
4121
9892
56769
3272123

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter