18 Sentyabr 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən olan yerli özünüidarə orqanlarına metodik köməklik göstərmək işi ardıcıl olaraq davam etdirilir, bələdiyyələrin işinin daim təkmilləşdirilməsinə, fəaliyyətlərinin daha səmərəli həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Nazirlik tərəfindən mütəmadi olaraq bələdiyyələrə metodik köməkliklər göstərilməklə yanaşı, onlara metodik vəsaitlər, kitablar paylanılır və tövsiyə məktubları göndərilir. Məqsəd bələdiyyə üzvləri və qulluqçularının qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılması və öz fəaliyyətlərində tətbiq etməsidir.

Nazirliyin əməkdaşları Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyələrdə olaraq kargüzarlıq sahəsində növbəti dəfə metodik köməklik göstərmişlər, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair”, “Metodik sənədlər toplusu”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodik vəsaitləri paylanılmışdır.
Nazirlik bu istiqamətdə olan tədbirlərini digər rayonlarda da davam etdirərək bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara hüquqi, metodoloji yardım göstərilməsi işini diqqət mərkəzində saxlayacaqdır

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR