24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

  “Şərq qapısı” qəzetinin redaksiyasında yeni saytın təqdimat mərasimi keçirilib.
 “Şərq qapısı” qəzetinin Baş redaktoru Tural Səfərov bildirib ki, muxtar respublikamızda gedən ictimai-siyasi prosesləri ictimaiyyətə operativ və qərəzsiz şəkildə çatdıran, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı və tərəqqisinin əsas təbliğatçısına çevrilən, oxucularına məlumat çatdırmaqla yanaşı, həm də vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət ruhu aşılayan “Şərq qapısı” qəzeti müasir tariximizin salnaməçisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoyan qəzetin maddi-texniki bazası gücləndirilib, 2010-cu il iyulun 22-də – Milli Mətbuat Günündə isə böyük dövlət qayğısının bariz ifadəsi kimi qəzet redaksiyası üçün yeni bina istifadəyə verilib, qəzetin rəngli nəşrinə başlanılıb. Qeyd olunub ki, müasir texnologiya əsrinin ən əsas xüsusiyyətlərindən biri də insanlara məlumatları daha qısa zaman ərzində informasiya texnologiyaları vasitəsilə istənilən məkanda əldə etmək imkanını təmin etməsidir. Bu həm də informasiya vasitələrinin məlumatları daha geniş oxucu kütləsinə çatdırması deməkdir. Məhz bu amillər nəzərə alınaraq bu günlərdə “Şərq qapısı” qəzetinin yeni internet saytı hazırlanıb.
  Təqdimat mərasimində qəzetin əməkdaşı Elnur Kəlbizadə sayt haqqında ətraflı məlumat verib. Bildirib ki, artıq oxucular dünyanın istənilən nöqtəsindən, istənilən vaxt www.serqqapisi.az internet ünvanına daxil olmaqla “Şərq qapısı” qəzetini oxuya biləcəklər. Əsas menyusunda ana səhifə, rəsmi xronika, ictimai-siyasi, iqtisadiyyat, humanitar, idman, əlaqə və elanlar bölmələrinin yer aldığı yeni saytda qəzetin tarixi barədə məlumat, “Göy qurşağı” və “Tarix” əlavələri üçün xüsusi bölmələr də müəyyənləşdirilib. Humanitar bölmə daxilində elm və təhsil, mədəniyyət, turizm, səhiyyə, sosial yarımbölmələri var. Saytın əsas xüsusiyyətlərindən biri oxucuların, kənar müəlliflərin qəzetlə əməkdaşlığını təmin edəcək əlaqə bölməsinin yaradılmasıdır. Əlaqə bölməsində qəzetin ünvanı, elektron poçtu, əlaqə telefonları yerləşdirilib. Qəzetlə əməkdaşlıq edənlər öz məktub və məqalələrini asanlıqla elektron poçta göndərə biləcəklər. Eyni zamanda muxtar respublika ərazisinin internetlə tam əhatə olunması oxucuların qəzetin gündə­lik nömrələrini asanlıqla izləməsinə imkan yaradır. İnternet ünvanına daxil olan oxucular informasiyaları bölmələr üzrə seçməklə yanaşı, həm də təqvim cədvəlində istənilən tarixə olan məlumatlarla tanış ola bilərlər. Fotoqalereya hissəsində isə muxtar respublikadakı inkişaf proseslərinə, Naxçıvanın qədim tarixi abidələrinə, turizm-istirahət zonalarına aid rəngarəng fotoşəkillər yer alır. “Şərq qapısı” qəzetinin yeni saytındakı linklər bölməsindəki müvafiq bannerlər vasitəsi ilə oxucular digər faydalı internet resurslarına da keçid edə bilərlər. Bu informasiya resursu vasitəsilə qəzetin elektron versiyasını gündəlik olaraq əldə etmək də olar. Belə ki, saytda qəzetin gündəlik olaraq çapdan çıxan nömrələri “pdf” formatında yerləşdirilir. Beləliklə, istənilən oxucu nəinki qəzeti bu sayt vasitəsi ilə olduğu kimi oxuya bilər, eyni zamanda müvafiq nömrələri kompyuterinə yükləyə də bilər. İnternet saytı gündə­lik olaraq yenilənməklə daimi informasiya axınını təmin edəcək və muxtar respublikamız haqqında həqiqətlərin daha geniş miqyasda – qlobal informasiya məkanında təbliğinə şərait yaradacaq.
Tədbirdə çıxış edənlər “Şərq qapısı” qəzetinin yeni saytının yaradılmasının əhəmiyyətini vurğulamış, qəzetin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3059806
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2739
4261
2739
111137
3059806

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter