18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ünsiyyət həyatımızın vacib tələbatıdır. Məkanından və zamanından asılı olmayaraq, doğulduğumuz gündən etibarən daim ünsiyyətdəyik. Bu prosesin inkişafında cəmiyyət və ətraf mühitin oynadığı rol olduqca böyükdür. Ünsiyyətsiz cəmiyyət mövcud olmadığı kimi, cəmiyyətsiz də ünsiyyətin mövcudluğunu təsəvvür etmək qeyri-mümkündür. Məhz ünsiyyət vasitəsilə yaşadığımız cəmiyyətdə sosial bir varlıq kimi müntəzəm olaraq ailədə ailə üzvləri ilə, ailədən kənarda doğmalarımızla, dostlarla, məktəb və iş yoldaşlarımızla, küçədə, nəqliyyatda, mağazada və başqa yerlərdə isə tanıdığımız və tanımadığımız adamlarla ünsiyyətə girir, əlaqələr qura bilirik. Beləliklə də, biz özümüz də hiss etmədən nitqimizi məhz bu proses əsasında formalaşdırırıq.
    Ünsiyyət zərurətdən yaranır. Ona tələbat çox zaman məqsəd, fikir, fəaliyyət, üst-üstə düşən mənafe birliyindən irəli gəlir. Ünsiyyət prosesi yeniyetməlik və gənclik dövrlərində həyatın ən önəmli məqamlarından birini təşkil edir. Çünki bu zaman insan daha fəal şəkildə ünsiyyətə can atır və bir şəxsiyyət kimi inkişaf etmək, formalaşmaq üçün informasiya mübadiləsi yaratmaqla məlumatın ötürülməsi və qəbul edilməsində iddialı tərəf kimi çıxış edir. Ümumiyyətlə, ünsiyyət insanın dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışmasıdır. Bu səbəbdən də ünsiyyət prosesi cəmiyyətdəki mövqeyimizi təyin edən ən mühüm faktordur: insan ifadə edilə bildiyi qədər insandır. Ətrafdakı insanlarla ünsiyyətə görə hər kəs gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs ola bilər.
    Lakin təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə ünsiyyət prosesində mövcud olan problemlər də az deyil. Əvvəlcə onu qeyd etməliyik ki, ünsiyyət mədəniyyətin bir növüdür və bir qayda olaraq, nitq vasitəsilə təzahür edir. Yəni gözəl ünsiyyət qurmaq bacarığı həm də yüksək mədəni keyfiyyət deməkdir. Biz ünsiyyət zamanı fikirlərimizi paylaşır, hadisələrə münasibətimizi bildirir, düşündüklərimizi ifadə edirik. Bəs gündə­lik məişət həyatında, ictimai yerlərdə, oxuduğumuz və ya çalışdığımız məkanlarda rastlaşdığımız insanlarla ünsiyyət qurarkən ana dilimizin, dolayı yolla nitqimizin gözəlliyini, zənginliyini, şirinliyini, ümumiyyətlə, danışıq mədəniyyətimizi nümayiş etdirə bilirikmi? İşlətdiyimiz sözlərin mənasına, vurğusuna, səsimizin tonuna diqqət yetiririkmi? Qarşımızdakı insanın ünsiyyət prosesindəki mövqeyinə səmimi və obyektiv yanaşmağı bacarırıqmı? Gəlin bir qədər bu haqda düşünək.

   Bəli, ünsiyyət mədəniyyəti insanın digər bütün mənəvi keyfiyyətləri içərisində daha çox diqqəti cəlb edir və dinləyənlərdə haqqımızda müəyyən təəssürat yaradır. Ancaq təəssüf ki, bugünkü cəmiyyətimizdə bu məsələyə bir qədər laqeyd yanaşma mövqeyi müşahidə olunmaqdadır. Mövcud ünsiyyət problemlərindən danışdığımız zaman, əlbəttə ki, ən xoşagəlməz cəhətlərdən biri kimi öncə ana dilimizə olan biganə münasibəti qeyd etməliyik. Bu gün nədənsə nitqimizdə əcnəbi sözlərdən istifadə geniş vüsət alıb. Geniş istifadə olunan belə sözlərin, demək olar ki, hər birinin ana dilimizdə qarşılığı var. Məsələn, uje (artıq), prosto (sadəcə), vobşe (ümumiyyətlə), vsyo (vəssalam), prava (sürücülük vəsiqəsi), astanovka (dayanacaq), balkon (eyvan), moyka (yuyucu), nauşnik (qulaqcıq), xolodelnik (soyuducu), kuxna (mətbəx), vilka (çəngəl), pesok (şəkər tozu) və sair. Nə qədər qəribə olsa da, bu günün ünsiyyət prosesində belə sözlərə çox rast gəlinir. Bundan əlavə, ünsiyyəti reallaşdıran nitqimizdə həftənin günləri və yemək vaxtları ilə bağlı da böyük problemlər var. Yəni nədənsə çoxları həftənin günlərini dilimizə uyğun söyləmək əvəzinə, sıra sayları ilə söyləməyə (1-ci, 2-ci, 3-cü gün və sair) üstünlük verir. Bazar günü isə çox vaxt “vxadnoy” sözü ilə əvəzlənir. Və ya səhər yeməyi, nahar və şam yeməkləri söyləmək əvəzinə, “zavtrak”, “obed” və “ujin” sözləri işlədilir. Həmçinin əksər sözlərin tələffüzündə də ədəbi dilin nitq prosesindəki ifadəliliyi pozulur. Bu, daha çox sözün və ya cümlənin intonasiyasında və vurğusunda özünü göstərir. Bütün bunlar mədəni ünsiyyətin keyfiyyətini aşağı salır.
     Ünsiyyət prosesi ilə bağlı problemlər bununla bitmir. Hər birimizə məlum olduğu kimi, gözəl ünsiyyət bacarığının formalaşmasında kitabların, yəni mütaliənin xüsusi önəmi var. Mütaliə nə qədər geniş olarsa, nitq bir o qədər səlis, ifadəli, məzmunlu və aydın olar. Ancaq təəssüf ki, bugünkü cəmiyyətimizdə mütaliə problemi mövcuddur. Xüsusilə gənc nəslin bu barədə göstərdiyi xoşagəlməz mövqe onların ünsiyyətinə ciddi xələl gətirməkdədir. Belə ki, gənclərimiz özlərini ifadə etməkdə çətinlik çəkir, düzgün və səlis cümlələr qurmağı bacarmır, fikir mübadiləsi aparmaqdan çəkinirlər. Bəzən isə mənasını tam bilmədikləri ifadələri işlədir, ünsiyyətdə kobud sözlərə yer verirlər. Ünsiyyət prosesində jest və mimikalardan düzgün istifadə etmək də çox önəmlidir. Bu, danışıq zamanı üsluba xüsusi rəng qatır. Amma bu hərəkətlərin yersiz icrası, söz və ifadənin ahənginə uyğun olma­ması da bu gün tez-tez nəzərə çarpır. Belə problemlərə danışarkən səs tonuna diqqət yetirilməməsini, qarşıdakı şəxsi sonuna qədər dinləməməyi, yersiz mübahisələri də aid etmək olar.
    Göründüyü kimi, ünsiyyət prosesindəki nöqsanlar kifayət qədərdir. Lakin unutmaq olmaz ki, ünsiyyət özümüzə hörmətin ifadəsidir. Hər bir işlətdiyimiz kəlmə bizim şəxsi keyfiyyətlərimizdən xəbər verir. Gözəl ünsiyyət üçünsə, ilk növbədə, ana dilimizi mükəmməl bilməli, mütaliəyə önəm verməli, söylədiklərimizi yaxşıca düşünməli, qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmalıyıq. Sakit, mehriban, nizamlı və səlis ünsiyyət hamı tərəfindən hər zaman rəğbətlə qarşılanıb və bu gün də belədir. Elə isə gəlin söylədiyimiz hər sözdə, ifadə etdiyimiz hər fikirdə öncə özümüzü axtaraq. Yalnız bu təqdirdə gözəl ünsiyyətin sirrini asanlıqla tapa bilərik…


- Günay XƏLİLBƏYLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287895
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2743
3637
25664
72541
3287895

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter