18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Müəllimlər İnstitutunda görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, Mirzə Fətəli Axundzadə həyatını xalqının ma­ariflənməsinə həsr edən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olmuşdur. Onun fəlsəfi məzmunlu bədii əsərləri, tənqidi məqalələri dünyanın bir çox dillərinə tərcümə edilmiş və böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Kəşməkəşli Tiflis həyatı, canişinlikdəki fəaliyyəti, dövrünün ictimai-siyasi hadisələri onun ədəbi-bədii yaradıcılığı üçün mənbə rolu oynamışdır. Bunun nəticəsidir ki, onun yaradıcılığında həyat həqiqətlərinin bədii inikası real surətdə öz əksini tapmışdır.
İnstitutun Dillər və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli “Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı”, tədris işləri üzrə prorektor, filologiya elmləri doktoru Akif İmanlı “Mirzə Fətəli Axundzadənin ma­arifçilik ideyaları” mövzularında məruzələrlə çıxış etmişlər.
Məruzələrdə bildirilmişdir ki, ədib yaradıcılığa “Şəbuhi” təxəllüsü ilə yazdığı şeirlə başlamışdır. Lakin M.F.Axundzadə ədəbiyyatımıza dramaturgiyanın və povest janrının banisi kimi daxil olmuşdur. Onun dramatik növdə yazdığı əsərləri o dövrün cəhalət pərdəsini cəsarətlə dağıdan ədəbi nümunələrdəndir. Axundzadə yaradıcılığı təkcə Azərbaycanın deyil, ümumilikdə, müsəlman Şərqinin maariflənməsinə, dini mövhumatın və fanatikliyin aradan qaldırılmasına xidmət edir.
Elmi-praktik konfransa Oruc Həsənli yekun vurmuşdur.

 

Naxçıvan Müəllimlər
İnstitutunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287608
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2456
3637
25377
72254
3287608

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter