17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İyulun 4-də Cəlil Məmmədquluzadənin ev-muzeyində bu mədəniyyət ocağının yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açıb. Nazir bildirib ki, hazırda ölkəmizdə, eləcə də muxtar diyarımızda müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Bu muzeylər içərisində tanınmış şəxsiyyətlərin ev-muzeyləri xüsusi yer tutur. Həmin mədəniyyət müəssisələri sırasında görkəmli ədib Cəlil Məmmədquluzadənin həm ölkəmizin paytaxtı Bakıda, həm də dahi yazıçının doğulub boya-başa çatdığı Naxçıvan şəhərində yaradılmış ev-muzeyləri də vardır.
Dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb, 1999-cu il ok­tyabrın 13-də muzeyin açılışı olub. Həmçinin böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə ədibin xatirə muzeyləri istifadəyə verilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Musiqili Dram Teatrı Cəlil Məmmədquluzadənin adını daşıyır.
Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadənin milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz rolu olub.

Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri ­Heydər Əliyev böyük yazıçı və dramaturq Cəlil Məmməd­quluzadənin yaradıcılığına və şəxsiyyətinə həmişə yüksək qiymət verirdi. Ulu öndər Cəlil Məmmədquluzadə irsinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə böyük diqqət və qayğı göstərirdi. Məhz ümummilli ­liderin hakimiyyəti illərində yazıçı haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, yubileyləri təntənəli şəkildə qeyd edilib. Redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının faksimilesinin nəşr edilməsi böyük ədəbi hadisə olmaqla, ictimaiyyət tərəfindən mirzəcəlilşünaslığa göstərilən diqqət və qayğı kimi ­dəyərləndirilib.
Qeyd olunub ki, böyük yazıçı-dramaturqun irsinə dövlətimiz və xalqımız bu gün də ehtiramla yanaşır. Dövlət başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadənin 140 illiyi ölkəmizdə və muxtar respublikamızda geniş qeyd edilib. Böyük ədiblə bağlı simpozium və elmi konfranslar təşkil olunub, ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının bir nömrəsi Cəlil Məmməd­quluzadənin 140 illiyinə həsr edilib. Yubiley ərəfəsində böyük yazıçının ev-muzeyi təmir olunub, buradakı ekspozisiya yenidən qurulub və zənginləşdirilib, yazıçının ikicildlik “Seçilmiş əsərləri” işıq üzü görüb. Görkəmli dramaturqun, demək olar ki, bütün pyesləri onun adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya ­qoyulub.
Sonra Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Hüseyn Həşimli “Cəlil Məmmədquluzadə irsinin öyrənilməsi və təbliğində ev-­muzeyinin rolu”, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktor əvəzi Kəmalə Allahverdiyeva “Cəlil Məmmədquluzadənin ev-muzeyinin fəaliyyəti” mövzularında çıxış ediblər.
Tədbirdə Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ak­tyorlarının ədibin felyetonları əsasında hazırladıqları kompozisiya maraqla qarşılanıb. Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.
Qeyd edək ki, bu gün ev-muzeyində 2045 ədəd eksponat mühafizə olunur. Onlardan 273-ü ekspozisiyada nümayiş etdirilir, muzeyin fondunun zənginləşdirilməsi qayğısına qalınır, ədibin həyat və yaradıcılığına aid dərslər burada əyani şəkildə ­keçilir.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3284656
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3141
3444
22425
69302
3284656

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter