Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə rayon gənclərinin “Naxçıvanı tanıyaq” devizi altında Ordubad rayonunda fəaliyyət göstərən muzeylərə gəzintisi təşkil olunub.
Şahbuz və Ordubad rayonlarının gəncləri rayon mərkəzindəki Tarix-Diyarşünaslıq Muzeyi, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi, akademik Yusif Məmmədəliyev, pedaqoq Məhəmməd Tağı Sidqi kimi görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirildiyi ev-­muzeyləri ilə tanış olublar. Onlara elm və sənət xadimlərinin həyat və fəaliyyətlərini, yaradıcılıq yollarını özündə əks etdirən eksponatlar, xatirə şəkilləri haqqında maraqlı məlumatlar verilib, gəncləri maraqlandıran suallar ­cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti