Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi ilə “Zərif əllər” adlı əl işlərindən ibarət ­baxış-sərgi olub.
Sərgidə Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarındakı mədəniyyət evləri və klublarda fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri nümayiş etdirilib. Qeyd edək ki, rayonlardan olan dərnək üzvlərinin 205 əl işi içərisində toxuculuq, xalçaçılıq, kağız və kartondan hazırlanmış maketlər, milli geyimlər və başqa əl işləri vardır. Onların vitraj, ağacişləmə, toxuma üsulu ilə hazırladıqları əl işləri maraq doğurub.

Əli RZAYEV