14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan coğrafi arealındakı toponimlərin maraqlı və zəngin bir qolunu yaşayış məntəqəsi adları (oykonimlər) təşkil edir. Yaşayış məntəqəsi adları tarixdə baş vermiş ictimai-siyasi hadisələr, tayfa və tayfa birliklərinin yaranması, qəbilə və tayfaların tirələrə bölünməsi, yeni şəhər və kəndlərin salınması, əhalinin məşğuliyyəti, ərazinin relyef quruluşu, bitki və heyvanat aləmi ilə bağlı yaranmış və minilliklərdən zəmanəmizə əmanət qalmışdır. Yaşayış məntəqəsi adları xalq tərəfindən qoyulmuş adlardır. Vətən torpağının ünvanı olan bu adlar, sadəcə, yer adları deyil, xalqımızın ictimai, sosial-iqtisadi və mədəni həyatının tarixi göstəriciləri, doğma dilimizin qrammatik quruluşu, tarixi leksikologiyası haqda məlumat verən  dil faktlarıdır. Bu faktlar sirri açılmamış bir dünya, oxunmamış bir kitabdır. Bu kitabın hər səhifəsində tarixi keçmişimizin minbir sirri yaşayır, kəndlərimizin yaranma tarixi, adlarının meydanagəlmə səbəbi əks olunur. Xalqımızın dili, təşəkkül tarixi, mədəniyyəti, etnoqrafiyası, etnogenezi, ulu babalarımızın isti nəfəsi, ayaq izləri bu adlarda yaşayır. Odur ki, xalqımızın taleyində mühüm elmi, ictimai, siyasi əhəmiyyət kəsb edən toponimləri tarixi-onomastik baxımdan öyrənmək bugünkü həyatımız və gələcəyimiz üçün çox vacibdir. Bunu nəzərə alaraq gənc nəsildə Vətənə, doğma diyara məhəbbət hissi aşılayacaq amillərdən biri kimi Naxçıvan Muxtar Respublikası ərazisindəki bəzi yaşayış məntəqəsi adlarının əmələgəlmə və yaranma yolları haqqında fikir və düşüncələrimizi bölüşmək istədik. “Naxçıvanın tarixi yaddaşı” rubrikası ilə təqdim edəcəyimiz silsilə yazılarda bu barədə oxuculara ətraflı məlumat verəcəyik.

Əbrəqunus türk mənşəli addır

Azərbaycan onomastikasında mübahisəli toponim kimi diqqəti cəlb edən coğrafi adlardan biri də “Əbrəqunus” adıdır. Culfa rayonunun inzibati ərazi vahidinə daxil olan Əbrəqunus kəndi Əlincəçayın sağ sahilində, Əlincəqala və Haçadağın qənşərində yerləşir.

Əbrəqunus Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Arxeoloqların aşkar etdiyi nekropollar, Naxçıvan mədəniyyəti üçün xarakterik olan maddi-mədəniyyət nümunələri kəndin tarixinin daha qədimlərə söykəndiyini sübut edir. Qədim və orta əsrlərdə Əlincəqala və ətraf ərazilərə yol Əbrəqunusdan keçirdi. Əbrəqunus XIV əsrin 80-90-cı illərində Azərbaycan xalqının Əmir Teymura qarşı apardığı mübarizənin və digər tarixi hadisələrin şahidi olmuşdur. 
Mənbələrin verdiyi məlumata görə, Əbrəqunus kəndi 1590-cı ildə Naxçıvan sancağının (XVI-XVIII əsrlərə aid ərazi vahidi) Əlincə nahiyəsinə daxil olmuş və mənbələrdə “Abraqanus”, “Qarakilsə” (başqa adı “Əbrəqunis”) şəkillərində yazılmışdır. Kənd 1925-30-cu illərdə 29 kəndi əhatə edən dairə mərkəzi, 1930-cu ildən 1949-cu ilə kimi rayon mərkəzi olmuş, həmin il yanvarın 5-də Culfa rayonu ilə birləşdirilmişdir.
“Əbrəqunus” coğrafi adı əsaslı kameral təhlilə cəlb olunmadığından adın mənşəyi ilə bağlı bir-birindən fərqli fikirlər, əsası olmayan şifahi mülahizələr yaranmışdır. Məsələn, bəzi fikirlərə görə, “Əbrəqunus” xüsusi adı “əbrə”+“kunis” komponent­lərinə ayrılır. Adın “əbrə” hissəsi ərəbcə “binalar, tikililər” mənasında işlənən “əbniyə” sözündən, “kunus” hissəsi isə adı məşhur Əshabi-Kəhf əfsanəsində çəkilən müqəddəs “Qurani-Kərim”in “Əl-kəhf” surəsində “Rum qeysəri, bütpərəst Diqyanus” kimi təqdim edilən, əfsanəyə görə, eradan əvvəl Naxçıvanda hökmranlıq etmiş Dağ Yunusun adı ilə bağlı yaranmışdır. Fikrimizcə, adın məna açımına bu cür yanaşma komponent­lərin zahiri səslənişi, oxşarlığı, bənzəyişindən başqa bir şey deyil. Çünki bu mülahizə adın etimoloji təhlilinə heç bir material vermir, əksinə, düşüncələri başqa səmtə yönəldir.
“Əbrəqunus” adının mənşəyi ilə bağlı fikirlər elmi ədəbiyyatda da birmənalı deyil. Məsələn, XIX əsrdə rus tədqiqatçıları səhv olaraq bu xüsusi ada ermənipərəst mövqedən yanaşmış, ancaq adın kökü ilə bağlı tutarlı söz deyə bilməmişlər. Azərbaycan dilində “Əbrəqunus” coğrafi adı XX əsrin II yarısında tədqiqatçıların diqqətini cəlb etmiş, bu haqda müxtəlif versiyalar yaranmışdır.
“Əbrəqunus” adının mənşəyinə ayrıca məqalə həsr edən M.Elli bu toponimi “Avesta”da adıçəkilən, qədim türk əsatirlərində baş Tanrı sayılmış, sonralar dastan qəhrəmanına çevrilmiş, daha sonralar isə tarixi şəxsiyyət kimi tanınmış Əfrasiyabın adı ilə bağlı açıqlayır: “Əfrasiyab” qədim türkcə “Alp Ər Tunqa” sözünün fars deyilişində işlənən formasıdır. Güman edirik ki, “Alp Ər Tunqa” sözü türk-azərbaycanlı deyilişində mürəkkəb fonetik dəyişikliyə uğrayaraq “Əbrəqunis” şəklinə düşmüşdür. Məşhur “Avesta”da Əfrasiyab “Franqrasyan” adı ilə tanınır. “Franq­rasyan” sözü “Alp Ər Tunqa xan” sözündən törəmişdir. Onu da deyək ki, “Əbrəqunis” və “Franqras” (“yan” hissəciyi “kan-xan” sözünün bir variantıdır: k-x-h-y əvəzlənməsi təbii haldır) sözləri səsləniş etibarilə bir-birinə çox yaxındır. Tarixi mənbələrdə “Əfrasiyab” sözü çox vaxt “Frasiyab” şəklində işlənmişdir. Buna uyğun olaraq, “Franqras” sözünün əslini “Əfranqras” kimi də qəbul etmək mümkündür. Deməli, “Əbrəqunis” sözü Alp Ər Tunqanın “Avesta”dakı adı ilə – Franqrasyan (əfranqras-yan) adı ilə bağlıdır: “Əfranqras-Əbranqras-Əbrəqunis”.
Yuxarıdakı xülasədən belə qənaətə gəlmək olur ki, “Əbrəqunus” sözünü “kilsə”, “qala”, “iç qala” sözləri ilə əlaqələndirmək elmi cəhətdən özünü doğrultmur. Xüsusən “Əfrasiyab” sözü və onun derivatları olan “Alp Ər Tunqa” “Alp Ər Tunqa xan”, “Franqrasyan”, “Frasiyab”, yaxud k-x-h-y əvəzlənməsinin “Əbrəqunus” coğrafi adı ilə heç bir əlaqəsi yoxdur. Çünki “Əbrəqunus” sözü qədim türk hun tayfa adı əsasında yaranmış toponimdir. Mürəkkəb söz modelində olan bu toponim əbrə-hun-us tərkib hissələrinə ayrılır. Adın “əbrə” (“abra”) hissəsini türkcə “xilas edən”, “qoruyan”, “saxlayan”, ”xeyir verən” mənasında qəbul etmək olar. Toponimin tərkibindəki “hun” (“qun”) komponenti qədim türk hun tayfa adı, “us” hissəsi isə “ölkə, məkan” (ulus sözündən yaranan) sözləri ilə bağlı olub, “hunlara məxsus qala, tikili”, “hunlar xilas edən, qoruyan məkan” mənasını bildirir.

Hörmətli oxucular! Növbəti yazımızda Keçili və Qaraxanbəyli kənd­lərinin etimologiyası haqqında məlumat verəcəyik.

Adil BAĞIROV
filologiya elmləri doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272126
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1747
4121
9895
56772
3272126

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter