18 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

İyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində Günnüt xalçalarının təqdimatı olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Həmçinin muzeyin ekspozisiyasının zənginləşdirilməsi də diqqətdə saxlanılıb. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hazırda muzeyin ekspozisiyasında sərgilənən xalçaların hamısı Naxçıvan xalçaçılıq məktəbinə aiddir. Qeyd olunub ki, bu gün keçirilən tədbir bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi köklərinə və mədəniyyətinə sahib çıxan xalqdır. Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsimizin bir parçası olmaqla yanaşı, həm də tariximizi yaşadan eksponatdır.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. Bu sənət ibtidai formada olsa da, Neolit və Erkən Eneolit dövrlərində formalaşıb. I Kül­təpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri insanların xalçaçılıq sənəti ilə Neolit dövründən məşğul olmasını göstərir. Vaxtilə ölkəmizdə bu sahəyə lazımi diqqət yetirilməyib. Ümummilli lider ­Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra mədəni irsimizin qorunmasına və inkişafına diqqət və qayğı artırıldı. Nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatan xalçaçılıq sənətinin unudulmaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə dövlət pro­qramının qəbul olunması muxtar respublikada bu sənətə göstərilən dövlət qayğısının nümunəsidir. Eyni zamanda son illər nəfis tərtibatlı “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalça­çılığı: ənənə və müasirlik”, “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” kitab və monoqrafiyaları, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Azərbaycan xalçaları” jurnallarında Naxçıvan xalçaçılıq sənəti ilə bağlı nəşr olunmuş məqalələri xüsusi ilə qeyd edilməlidir. İsmayıl Hacıyev muxtar respublikada xalça­çılıq sənətinin inkişafına göstərilən diqqətə görə elm adamları adından minnətdarlığını bildirib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradov təqdimat mərasimində çıxış edərək deyib ki, Naxçıvan qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, müasir dövrdə həm də öz inkişafı ilə seçilən bir diyara çevrilib. Bəşər tarixində blokada şəraitində intibah yaratmağın yeganə nümunəsi Naxçıvandır. Ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada nəhəng qurucu­luq işləri həyata keçirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə edilib. Bu qədim diyarımızda hər il yeni-yeni uğurların, böyük tarixi hadisələrin şahidi oluruq. Bu il muxtar respublikada əldə olunan, bütün Azərbaycan xalqını sevindirən mühüm nailiyyətlərdən biri də Əlahiddə Ümumqoşun Ordusunun Günnüt kəndini işğaldan azad etməsidir. Günnüt Azərbaycanın qədim yurd yerlərindən biridir. Tarixən bu kəndin yerləşdiyi ərazidə oğuz türkləri yaşayıblar. Bunu son günlər aşkara çıxardığımız Günnüt xalçaları da sübuta yetirir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını tapıb ictimaiyyətə təqdim edir. Naxçıvanda toxunan tarixi xalçaların aşkara çıxarılması istiqamətində də axtarışlar aparırıq.
Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir, tədqiqatlar aparılır, yeni nəşrlər hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu işlərin uğurla həyata keçirilməsinə öz töhfəsini verir. Bu günə qədər Naxçıvanın 69 kəndindən 254 xalçaçı haqqında məlumatlar toplanılıb. Aparılan tədqiqatlardan sonra belə qənaətə gəlinib ki, Naxçıvan tarixən Azərbaycanın əsas xalçaçılıq mərkəzlərindən biri olub, burada özünəməxsus orijinal xalçalar toxunub. Tədqiqatların nəticəsi kimi, Azərbaycan, ingilis və rus dillərində “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabları, 6 dildə “Azərbaycan xalçaları – Naxçıvan qrupu” broşürü nəşr olunub, “Naxçıvan xalçaları” sənədli filmi hazırlanıb. Bu nəşrlər müxtəlif ölkələrin 103 universitet, kitabxana və muzeylərinə göndərilib, dünyanın nüfuzlu kitabxanalarının elektron bazalarına yerləşdirilib. İngilis dilində olan kitablar Nyu-Yorkda, rus dilindəki nəşrlər isə Moskvada çap edilib.
Vidadi Muradov xalçaçılığın inkişafına göstərdiyi diqqət və qayğıya, eləcə də Günnüt xalçalarının yüksək səviyyədə təqdimatının keçirilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün tədqiqatçılar adından minnətdarlığını bildirmişdir.
Təqdimat mərasimində Şərur rayonunun Günnüt kəndindən olan xalçaçı Solmaz Məmmədova çıxış edərək demişdir: Azərbaycanın qədim yurd yeri olan Günnüt kəndində xalçatoxuma sənətinin qədim tarixi vardır. Kəndimizdə əsrlərlə yaşı olan qədim xalça nümunələri olmuşdur. Yaxşı xatırlayıram ki, kəndimizdə gənc qızlara xalçaçılıq sənətini öyrətmək artıq adət-ənənəyə çevrilmişdi. Hər il Günnüt kəndində yüzlərlə xalça toxunardı. Mən də gənc yaşlarımdan bu kənddə xalça­toxuma ilə məşğul olmuşam. Təəssüflər olsun ki, 26 il əvvəl ermənilər Günnüt kəndini işğal etdikdən sonra sakinlər Şərur rayonunun digər kənd­lərində məskunlaşdılar. Kəndimiz işğalda olsa da, günnütlülər öz qədim adət-ənənələrindən uzaq düşmədilər. Günnüt kəndinə məxsus zəngin mədəni irsi, xüsusilə də xalça­çılıq sənətini qoruyub saxladılar. Bu ilin may ayında Günnüt kəndi işğaldan azad olundu. Biz günnütlülər öz ata-baba yurdumuza qovuşmuşuq. Əzəli yurd yerimizə qovuşmağın sevincini yaşamaqla yanaşı, həm də xoşbəxtik ki, kəndimizin adətləri, ənənələri, dəyərləri də özünə qaytarıldı. Dövlətimizə, ordumuza bütün günnütlülər adından minnətdarlıq edirəm. Çünki təkcə doğma kəndimiz deyil, həm də mədəni irsimiz özümüzə qaytarılıb.
Sonra Günnüt xalçalarına və muzeyin ekspozisiyasına baxış olub.
Məlumat verilib ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vaxtilə Günnüt kəndində toxunmuş 6 ədəd xovlu və xovsuz xalça, xalça məmulatı aşkarlanıb. Bu xalçaların üzərində qədim oğuz türklərinə məxsus naxışlar öz əksini tapıb. Bu xalq sənəti nümunələri 19-cu əsrin sonlarına və 20-ci əsrin əvvəllərinə aiddir.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3032848
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5027
5053
10080
84179
3032848

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter