17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması işlərinə başlanılıb. Xalça istehsalı emalatxanasının kadr təminatı ilə bağlı Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə tədris-hazırlıq kurslarında iştirak edəcək müdavimlərlə görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov xalça istehsalı müəssisəsinin kadr təminatının təkmilləşdirilməsi məqsədilə keçiriləcək kursun təşkili, kursu müvəffəqiyyətlə bitirənlərin məşğulluğunun təmin olunması, habelə burada Naxçıvan xalçaçılıq ənənələrinin tətbiqi istiqamətində həyata keçiriləcək tədbirlərdən bəhs edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb, tədris-hazırlıq kurslarının əhəmiyyətini vurğulayıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisinin tədris edəcəyi kursun iki ay müddətində davam etdirilməsi və yekunda iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulub. Kursu müvəffəqiyyətlə başa vuran toxucular xalça istehsalı emalatxanasında işlə təmin ediləcəklər.
Kursa cəlb olunan qadınlar xalçaçılığa göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkşaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq xalça­çılıq sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində də xalçaçı peşəsi üzrə kurs təşkil edilib. Həmçinin 2 nəfərə özünüməşğulluğun təmin olunması üçün fərdi xalçaçılıq fəaliyyəti ilə bağlı avadanlıq və materiallar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283715
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2200
3444
21484
68361
3283715

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter