17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən genişmiqyaslı tikinti-quruculuq işlərindən Babək rayonunun mədəniyyət müəssisələrinə xeyli pay düşür. Mədəniyyət müəssisələrinin binalarının böyük əksəriyyə­tinin yenilənməsi onların normal fəaliyyət göstərməsini təmin etməklə yanaşı, rayona xüsusi gözəllik qatıb. Görülən işlər Babək rayonunda mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasına öz töhfəsini verir.. 

 Rayon Mədəniyyət Şöbəsinin müdiri Ceyhun Fərəcov ulu öndərin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” fikrini xatırladaraq bildirdi ki, görkəmli dövlət xadiminin mədəniyyətimizin inkişafına verdiyi töhfələr milli-mənəvi dəyərlərimizin, ulu keçmişimizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bizim bugünkü fəaliyyət proqramı­mızın əsasını təşkil edir.

Onun sözlərinə görə, şöbənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır, bölgə sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə töhfələrini verməyə səy göstərir. Rayon sakinləri Tarix-Diyarşünaslıq və Cəlil Məmmədquluzadənin Xatirə muzeylərinin və 17 mədəniyyət evinin, 36 kitabxana filialının, 1 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 13 klubun, xalq teatrının xidmətindən istifadə edir. Bütün mədəni-maarif müəssisələrində xalqımızın milli adət-ənənələrinin qorunub saxlanmasına, uşaqların, gənclərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə və estetik tərbiyəsinə xüsusi diqqət yetirilir.
Babəkli uşaqların musiqi sahəsində olan istedad və bacarıqlarının üzə çıxarılaraq düzgün istiqamətləndirilməsi üçün Babək qəsəbəsində, Nehrəm, Zeynəddin, Cəhri və Şıxmahmud kəndlərində olmaqla, 5 uşaq musiqi məktəbi fəaliyyət göstərir.
Dövlətin mədəniyyət siya­sətinin tərkib hissəsi olan muzeylərə qayğı Babək rayonunda da yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamı muzeylərin fəaliyyətlərinin müasir tələblər səviyyəsində qurulmasına, təbliğat işinin gücləndirilməsinə təkan verib. Belə ki, muzeylərdə açıq dərslər keçilir, ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv əlaqələr yaradılır, mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin muzeylərə gedişi təmin olunur.
İlin əvvəlindən rayon və kənd mədəniyyət evlərində, klublarda, kitabxanalarda tarixi günlər, bayramlar və yubileylər münasibətilə silsilə tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılıb. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin, ölkəmizin isə Gənclər Paytaxtı elan olunması münasibəti ilə keçirilən tədbirləri xüsusi qeyd etmək lazımdır. Rayonun kitabxana, klub və mədəniyyət evlərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” ilə əlaqədar “Gənclər gələcəyimizdir”, “İslam mədəniyyəti inciləri”, “İslam mədəniyyəti və milli dəyərlərimiz”, “Naxçıvan türk-islam mədəniyyəti abidələri” və digər mövzularda tədbirlər, konfranslar, dəyirmi masalar və sərgilər təşkil edilib.
Həmçinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm rol oynayan görkəmli sə­nətkarlara diqqətin ifadəsi kimi təşkil olunan tədbirlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Ədəbiyyatşünas Firidun bəy Köçərlinin, ­yazıçı Cəmşid Əmirovun, dramaturq Əliağa Vəliyevin, Xalq yazıçıları Ənvər Məmmədxanlının, Anarın, Xalq şairi Cabir Novruzun, yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayevin yubileyləri və xatirə günləri ilə əlaqədar müxtəlif istiqamətli tədbirlər keçirilib, sərgilər təşkil olunub. Bayram günlərində rayon Mədəniyyət Evinin “Zabul” instrumental və “Şəms” muğam ansamblları, bədii özfəaliyyət kollektivləri rayon ərazisindəki hərbi hissələrdə konsert pro­qramları ilə çıxış ediblər.
Bu gün babəkli mütaliə həvəskarları rayon kitabxanalarındakı 271 min 683 kitabdan istifadə imkanı qazanıblar. Kitabxana-oxucu əlaqələrinin gücləndirilməsi məqsədilə kitabların təbliği və müzakirəsi, yeni kitabların sərgiləri təşkil olunur. Bütün bunlar gənclərin vətənpərvərlik, milli­-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşdırılmasında mühüm rol ­oynayır.
Rayon Mədəniyyət Evində bir sıra dərnəklər yaradılıb. 2009-cu ildə fəaliyyətə başlayan Babək Rayon Xalq Teatrı bu dövrdə C.Məmmədquluzadənin “Kamança”, A.Şaiqin “Tıq-tıq xanım”, Ə.Əsgərovun “Qız atası”, Ə.Mirələmovun “Xəcalət” tamaşalarını teatrsevərlərə təqdim edib.
Milli dəyərlərimizi təbliğ edən, tariximizin yaşadıldığı mədəniyyət müəssisələrindən biri də Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyidir. Ötən əsrin 70-ci illərində yaradılan muzey gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi işində müstəsna rol oynayır. Gənc­lərin, şagird və müəllimlərin tez-tez Tarix-Diyarşünaslıq Muzeyinin qonağı olması və burada təşkil edilən açıq dərslər yeniyetmə və gənc­lərdə vətənpərvərlik ruhunun və dövlətçilik hisslərinin yüksəldilməsində, biliklərinin yeni məlumatlarla zənginləşdirilməsində mühüm rol oynayır. Muzey rayonda aparılan arxeoloji tədqiqatlar zamanı ərazidən tapılan maddi-mədəniyyət nümunələri hesabına daha da zənginləşdirilib. Bu muzey babəklilərin və rayon mərkəzinə gələn qonaqların ən çox üz tutduqları ünvanlardan birinə çevrilib.
Rayonun ərazisində 5 dünya, 39 ölkə, 76 yerli əhəmiyyətli abidələr var. Bu tarixi yadigarların qorunması, gələcək nəsillərə ötürülməsi, tədqiqi və təbliği istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
Babəklilər ümummilli lider Heydər Əliyevin “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir” müdrik kəlamını rəhbər tutaraq bölgənin mədəni potensialının yüksəldilməsində və inkişafında əzmkarlıq nümayiş etdirirlər. Rayon Mədəniyyət Şöbə­sinin kollektivi bu əhəmiyyətli və məsuliyyətli vəzifəni həyata keçirməklə milli-mədəni dəyərlərimizi öyrənmək, təbliğ etmək və zənginləşdirmək işinə öz töhfəsini ­verir.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283713
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2198
3444
21482
68359
3283713

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter