25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu sənət bu gün də yaşadılır

Xalçaçılıq sənətinin inkişaf etdirilməsi istiqamətində muxtar respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu işlərin uğurla həyata keçiril­məsinə öz töhfəsini verir.

Qeyd edək ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpa edilməsi, tədqiqi və təbliği üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılıb. Xalçaçılığın elmi əsaslarla inkişafını diqqətdə saxlayan, evlərdə olan xalça nümunələrinin muzeyə təhvil verilməsi istiqamətində xeyli iş görən muzeyin iş şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildə bu mədəniyyət müəssisəsi yeni bina ilə təmin olunub.
2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyi yenidən qurulub, “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin www.xalca.nakhchivan.az saytının təqdimatı keçirilib. Bu, milli dəyərlərimizin daşıyıcısı olan xalçaçılığın gələcəyinə ümidləri daha da artırıb...

...Evimizdə rəhmətlik nənəmin 45-50 il bundan əvvəl toxuduğu xalça indi də durur. Çeşniləri ilə gözoxşayan, keyfiyyətini zərrə qədər də itirməyən həmin xalça heç bir təhsil görməyən bir Azərbaycan qadınının təfəkkürünün məhsuludur. Və düşüncəmdə özümü haqlı sayıram ki, belə təfəkkür hər bir Azərbaycan qadınında olub. Xanım-xatın nənələrimiz, ana və bacılarımız öz istedad və bacarıqlarını bu milli sənətin inkişafında yüksək səviyyədə göstəriblər. Onların toxuduqları xalçalar tarixən dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib, xalqımıza böyük şöhrət gətirib. İstərdim ki, qədim diyarımızda xalça­çılığın tarixinə qısa səyahət edək.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.
Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də öz dəyərini saxlamaqdadır. Qeyd edək ki, xalça sənətinin Naxçıvanda geniş yayılmasına xalqımızın məişət və estetik tələbatı rəvac verib. Bu ərazidə istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalardan evlərdə döşəmələrin örtülməsində, otaqların isidilməsində və bəzədilməsində istifadə edilib.
Naxçıvan xalçaçılıq məktəbi özünə­məxsus inkişaf mərhələsi keçib. Bu günümüzə qədər qorunub saxlanılan xalça nümunələri belə deməyə əsas verir ki, bu qədim diyarda xalça toxunuşunda daha çox butalardan, rəmzi çeşnilərdən istifadə edilib. Şaquli istiqamətli zolaqlarla bəzədilmiş xovsuz xalçaların əsas istehsal mərkəzi tarixən Ordubad olub. Əsasən, ipək liflərdən toxunan bu xalçalar ağ, yaşıl, qırmızı, sarı, mavi və sair rəngli zolaqların növbələşməsi ilə bəzədilib, zəriflik baxımından qumaş təsəvvürü yaradıb. Muxtar respublikada toxunan xalça nümunələri həm də mürəkkəb dolama texnikasına, rənginə, bədii xüsusiyyətlərinə görə digər xalçaçılıq məktəblərinin məhsullarından seçilib. Bu barədə düşünərkən qürur hissi keçirməmək mümkün deyil. Belə qiymətli sərvətlərimiz həm də milli dəyərlərimizdir.
Bu məqamda Naxçıvanda xalçaçılıqla məşğul olan yaşlı adamlardan eşitdiyim bir məsələni yada saldım. Tarixən xalça toxunuşunda kollektiv əməyindən istifadə edilib. Kollektiv isə, adətən, bir tayfanın üzvlərindən ibarət olub. Danışırlar ki, hər tayfanın özünəməxsus rəmzlərindən bəzi xalçalarda istifadə edilib. Ancaq həmin xalçalar nə satışa çıxarılıb, nə də evdə ayaq altına salınıb. Belə xalçalar yalnız divarlardan asılıb. Fikrimizcə, geniş izahata ehtiyac yoxdur. Böyük dövlətçilik məktəbi yaratmış Naxçıvanda rəmzlərə belə qiymət vermək təbiidir.
Bu yazını hazırlayarkən yadıma görkəmli yazıçımız Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərindəki “İtə ataram, yada satmaram” fəsli düşdü. Böyük oğlu zindanlara atılan, ehtiyac ucbatından kiçik oğlu uşaq yaşlarında bir tikə çörək qazanmaq üçün özgə qapılara düşən ana öz əlləri ilə toxuduğu, gözünün nurunu, ürəyinin döyüntülərini həkk etdiyi xalçanı satmaq üçün həftəbazarına çıxarır. Xalçanın çox qiymətli olduğunu bir əcnəbi ilk baxışda hiss edir. Onu almaq istəyir. Dəfələrlə təkid etsə də, ana razı olmur. Məğrur və vətənpərvər Sona ananın zəngin daxili aləmi bu vaxt üzə çıxır: “Yada satmaram”.
Bitkin bir əsər təsiri bağışlayan bu fəsildə qürurlu Azərbaycan qadınının xalqımızın ən qiymətli milli dəyərlərindən biri olan xalçaya münasibətini görəndə istər-istəməz düşünürsən: budur, dəyərlərimizə ehtiram, budur, ulu keçmişdən bizə yadigar qalan sərvətlərə məhəbbət.
Bu gün xalçaçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirləri göz önünə gətirsək, milli dəyərlərimizə ehtiram və məhəbbətin yüksək səviyyədə olduğunu görərik.
Şahbuz rayonunda xalçaçılığın yaşadılmasında əməyi olan insanlar, bu bölgədə xalça toxunuşunun xüsusiyyətləri və xalçaçılığın inkişafından da bəhs etmək yerinə düşərdi. Şahbuz xalçalarını bəzəyən əsas elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Bu naxışlar sistemi semantika müxtəlifliyindən asılı olmayaraq, bir məkan üzərində real şəkildə ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir. Naxçıvan xalçaları içərisində öz spesifik toxunuşu və bədii quruluşu ilə seçilən xovsuz xalça növü olan şəddə süjet semantikası baxımından çox maraqlıdır.
Rayonun Kolanı, Aşağı və Yuxarı Qışlaq, Biçənək, Qızıl Qışlaq və Güney Qışlaq yaşayış məntəqələrində xalça ustalarının yaratdıqları xalça nümunələri ən qiymətli sərvət kimi qorunub saxlanılır. Bir vaxtlar Teymur Rüstəmovun, Zəlbab Mədətovanın, Şükufə Lazımovanın, Aruzə Seyidovanın, Nənəş Həsənovanın və başqalarının toxuduqları xalçalar işlənmə texnikası, ilmə çeşidləri, rəng çalarları ilə seçilir.
Bu günlərdə Aşağı Qışlaq kəndində olduq. Xalçaçılıqla məşğul olan Südabə Məhərrəmova ilə görüşdük. Ömrünün 6-cı onilliyini yaşayan zəhmətkeş qadın bildirdi ki, bu sənəti anasından öyrənib. İndiyədək 20-dən artıq xalça toxuyub. Xalça toxumaq üçün özlərinə məxsus şərait qurublar. Südabə xanım deyir ki, onlara dövlət tərəfindən hana verilib. İplərin rənglənməsində təbii boyalardan istifadə edirlər. Bu boyaları özləri hazırlayırlar. Dəvədabanı, şəkər çuğunduru, səhləb, qırxbuğum, boymadərən bunun üçün ən qiymətli xammaldır. Bundan başqa, torpağı qovurmaqla da ipləri qara rəngdə boyamaq olar.
Südabə Məhərrəmovanın sözlərinə görə, gəlini Mətanət Məhərrəmova kənd mədəniyyət evində xalçaçılıq dərnəyi yaradıb. Burada 5 dərnək üzvünə xovlu və xovsuz xalçaların toxunuşu öyrədilir. Gülay Məhərrəmli Südabə xanımın nəvəsidir. O, bu işi həm evdə, həm də dərnəkdə öyrənir. Deyir ki, özünün çəkdiyi naxışlar əsasında xalça toxumağa hazırlaşır. Bu işdə ona nənəsi və sinif yoldaşı Nisə Rəcəbli də kömək edəcək.
Etdiyimiz söhbətlər qəlbimizi qürur hissi ilə doldurdu və əmin etdi ki, bu gün milli-mənəvi dəyərlərimiz qorunur. Bu işdə məktəblilərin xüsusi fəallıq göstərməsi bizi daha da fərəhləndirdi.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3065579
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4185
4327
8512
116910
3065579

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter