21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muzeylər elə ünvanlardır ki, buraya üz tutanlar mənsub olduqları xalqın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında mütləq yeni məlumatlar əldə etmək imkanı qazanırlar. Bu amil nəzərə alınaraq muxtar respublikada keçirilən “Muzey günləri”ndə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların əməkdaşları muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.
İyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikasının Gən­­c­­­­­­lər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, mədəni irsimizin qorunması işinə diqqət artırılıb. Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması istiqamətində görülən işlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Ötən dövr ərzində muzeyə verilən xalça məmulatlarının sayı xeyli artıb. Bir neçə gün əvvəl “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muzeyə Şərur rayonunun Günnüt kəndində toxunmuş 6 xalça məmulatı verilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmət Aparatının kollektivi Heydər Əliyev Muzeyini, Ali Məhkəmə, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşmış məhkəmələrin kollektivləri “Xan Sarayı” Dövlət Tarix­-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunun kollektivləri Dövlət Bayrağı Muzeyini, Dövlət Gömrük Komitəsinin kollektivi Nəbatat bağını, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının kollektivi Rəsm Qalereyasını, Maliyyə Nazirliyinin kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyini, Fövqəladə Hallar Nazirliyinin və struktur qurumlarının kollektivləri Qarabağlar Türbə Kompleksini, Daxili İşlər Nazirliyinin kollektivi Ədəbiyyat Muzeyini, Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Dövlət Tarix Muzeyini, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksini, İqtisadiyyat Nazirliyinin kollektivi Xatirə Muzeyini, Vergilər Nazirliyinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksini, Təhsil Nazirliyinin kollektivi Duz Muzeyini, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Baytarlıq Xidmətinin kollektivləri Naxçıvan Biznes Mərkəzini ziyarət ediblər.
Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların nümayəndələri də muzeylərdə olublar.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3045056
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
817
5665
22288
96387
3045056

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter