26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Çətinliklərlə, keşməkeşlərlə dolu 120 illik tarixi yol keçib milli kino sənətimiz. Bu sahənin inkişafı üçün gərgin yaradıcılıq axtarışları aparılıb. 120 il əvvəl kino sənətimiz insan əməyini tərənnüm edən sənədli, qısametrajlı, musiqisiz, səssiz ekran nümunələri ilə fəaliyyətə başlayıb. 

Bu filmlər, əsasən, “qara qızıl”ın – neftin istehsalına, cəfakeş fəhlələrə, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuşdu. Zaman ötdükcə çəkilişlər inkişaf edir, yaradıcılığa meyil güclənir, ekran əsərlərinin mövzusu genişlənirdi. Əvvəllər aktrisa olmadığından aktyorlar qadın paltarı geyinib rollara, fraqmentlərə çəkilirdilərsə, həmin inkişaf dövründə yeni aktyor və aktrisalar da yetişməyə başlayırdı. Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski, Mirzə­ağa Əliyev, Abbas Mirzə Şərifzadə, Əlibəy Hüseynzadə, Cəfər Cabbarlının cəfakeşliyi ilə inkişaf və tərəqqi tapan milli kinomuz ötən dövrün hər anında yeniliyə doğru irəliləyib.

70 il Sovetlər Birliyində yaşadığımız dövrdə də milli kinomuz çox böyük bir inkişaf yolu keçib. Bu gündən həmin illərə nəzər saldıqda müstəmləkədə olmağımıza baxmayaraq, kinolarımızda milli ruhun, adət-ənənələrin, mədəniyyətin, ümumilikdə, tariximizin qorunub yaşadılması, bu xalqın cəsurluğu, ssenaristlərin, rejissorların qabiliyyəti, aktyor və aktrisaların istedadı ilə necə yüksək səviyyədə əks olunması qarşısında insan heyran qalır.
1950-60-cı illərdə “Ögey ana”, “Uzaq sahillərdə”, “Böyük dayaq”, “Onu bağışlamaq olarmı?”, 1960-70-ci illərdə “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Koroğlu”, “Görüş”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Qayınana” 1970-80-ci illərdə “Nəsimi”, “Nizami”, “Dədə Qorqud”, “Babək”, “Bizim Cəbiş müəllim” kimi filmlərdə xalqımızın, bütövlükdə, tarixi, həyat tərzi, mədəniyyəti, incəsənəti, adət-ənənələri əks olunub. Bu filmlərdə görün nələrdən söhbət açılır: Kor­oğlunun igidliyindən, Dədə Qorqudun əsrlər sonra da dəyərini saxlayan müdrik məsləhət və tövsiyələrindən, Nizaminin dərin zəkasından, Nəsiminin polad iradəsindən, Mehdi Hüseynzadənin uzaq sahillərdə bütün xalqlara nümunə olan şücaət və qəhrəmanlığından, ögey ana olan Azərbaycan qadınının kökümüzdən gələn bənzərsiz analıq hisslərindən yaranan doğmalığından...
1990-cı ildən sonra mərhum Ceyhun Mirzəyevin quruluş verdiyi və əsas rola çəkildiyi “Fəryad” bədii filmi isə istər sənətkarlıq, istərsə də milli dəyərlər baxımından Ermənistan-Azərbaycan qarşıdurmasına ayna tutur, hadisələri olduğu kimi yaşadır, göz önündə canlandırır. Müstəqillik illərində onlarla belə dəyərli filmlər çəkilib, kino arxivimizə daxil edilib: “Milli bomba”, “Küçələrə su səpmişəm”, “Girov”, “Yalan”, “Qala”, “Niyyət”, “İlahi məxluq”, “Sahə”, “Dolu” və sair. Bu filmlər evlərimizdə böyütdüyümüz övladlarımıza nələri öyrədə bilməz? Onların nənə-babaları, valideynləri, dayı-əmiləri, bibi-xalaları olan bizlər o filmlərdən nələr əxz etməmişik? Bu gün Azərbaycanın azadlığı uğrunda canlarından keçənlər vətənpərvərliyi o filmlərdən öyrənməyiblərmi? Bu gün ölkəmizin sosial, iqtisadi, mədəni inkişafına töhfə verən insanların yetişməsində o filmlərin böyük rolu olmayıbmı? Respublikamızın ictimai həyatında daim fəal mövqe tutan insanlara o filmlər əvəzsiz tərbiyə mücəssəməsi sayılmırmı? Milli kökümüzə bağlılıqda, adət-ənənələrimizin qorunub saxlanılmasında həmin filmlər yol göstərənimiz olmayıbmı? Gözəl ana, yaxşı valideyn, sevimli müəllim, qayğıkeş həkim olmağımızda o filmlər yardımçımıza çevrilməyibmi? Bir sözlə, cəmiyyətimizin bütün istiqamətlərdəki inkişafında o filmlərin təsir vasitəsi əvəzedilməz olub. Elə isə bir sual çıxır meydana: övladlarımıza Azərbaycan filmlərini seyr etməyi ­layiqincə təlqin edə bilirikmi? Gəlin etiraf edək ki, çox az. Bu, bir faktdır ki, bəzi ailələrdə gün ərzində, ümumiyyətlə, Azərbaycan kanallarına ­baxılmır.
Bu gün Azərbaycan televiziyasının həm dövlət, həm də özəl televiziya kanalları yetərincə Azərbaycan filmlərini nümayiş etdirirlər. O filmlərə ki hər birinə, bəlkə də, 10-20 dəfə baxmışıq, lakin hər dəfə yenə də ilk dəfə olduğu kimi sevərək, maraqla baxırıq. Bunu övladlarımıza necə, təlqin edə bilirikmi?
Heç şübhəsiz ki, bu filmlərin dəyərini bilən ailələrimiz çoxdur. Həmin ailələrdə uşaqlar da milli kino sənətimizə bağlılıqla böyüdülür. Belə evlərdə hər zaman Azərbaycan filmlərinə baxılır, uşaqlara ötən tarix və hadisələr haqqında məlumatlar verilir. Lakin xarici ölkələrin seriallarını övladları ilə birlikdə seyr edən ailələrimiz də var. Uşaqların yaşına uyğun olmayan və onların istirahət və əyləncə saatlarını əlindən alan bu filmlərin seyri gələcəyimiz olan övladlarımıza nəyi təlqin edə, öyrədə bilər? Gəlin bu barədə düşünək. Kino sənətimizin yuxarıda da qeyd etdiyimiz kimi dəyərli nümunələri var. Bunları bir kənara qoyub, xarici ölkələrin dinimizə, dilimizə, milli mentalitetimizə, həyat tərzimizə uyğun olmayan film, seriallarını seyr etmək bizə nə verə bilər? – sualına cavab axtarmağa çalışaq.
Ümummilli liderimiz Heydər Əliyev “Kino bizim xalqımızın salnaməsidir”, – deyirdi. Bu salnaməni əxz etmək üçün çox böyük tərbiyəvi əhəmiyyətə malik Azərbaycan filmlərinin seyri hər bir uşağın gündəlik həyatına vacib amil kimi daxil edilməlidir. Uşaq tək kitabdan aldığı biliklə cəmiyyət üçün yetişmir. O, ətrafında gördükləri əsasında daha çox tərbiyə alır, biliyi, dünyagörüşü artır, formalaşır. Bu təqdirdə Azərbaycan kinosu əvəzedilməz vasitədir. Gəlin övladlarımıza milli kinomuzu seyr etməyi təlqin edək. Bu, bizim gələcəyimiz üçün çox vacibdir.

Mətanət Məmmədova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066748
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
780
4574
9681
118079
3066748

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter