20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən “Qarabağlar Türbə Kompleksi” adlı yeni kitab işıq üzü görüb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəfis tərtibatla nəşr olunan kitabda kompleksin tarixi və etno­qrafik materiallar araşdırılıb, “Qarabağlar” sözünün etimologiyası, Qarabağlar türbəsinin memarlıq xüsusiyyətləri, türbə və onun ətrafındakı epiqrafik abidələr tədqiq olunub, türbə yaxınlığında olan tarix-memarlıq abidələri haqqında məlumatlar verilib.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixdə Sərəncam imzalayıb. Ötən dövrdə bu türbə kompleksi elmi əsaslarla bərpa olunub, 2018-ci il iyulun ­ 5-də isə istifadəyə verilib.
Kitabın birinci səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin adıçəkilən sərəncamının mətni yer alıb. Növbəti bölmədə isə Qarabağlar kəndi və Qarabağlar Türbə Kompleksi haqqında məlumatlar verilib. Qeyd olunub ki, “Qarabağlar” adı Kəngərli tayfa birləşmələrinə məxsus olub, “Kəngərlilərin böyük bir bölümü”, “Kəngərlilərin güclü, qüdrətli bir hissəsi” mənasında işlənir və bu fikri yerli faktlar da təsdiqləyir. Belə ki, Qarabağlar kəndi və onun ətrafı tarixən Kəngərli zonası, bu ərazidə yerləşən kəndlər isə Kəngərli kəndləri adlanır. Çünki Xok mahalında yaşayanların əksəriyyəti azərbaycanlı, böyük hissəsi isə Kəngərli tayfalarına mənsub olub və tayfanın Qarabağlar qolu eyniadlı kənddə məskunlaşıb. Deməli, Qarabağlar kəndinin adı Qarabağ tayfasının adından yaranmışdır. Qarabağlar qədim türk mənşəli peçeneqlərin Qarabağ tayfasının adını əks etdirir. Göstərilir ki, Kəngərli rayonunun Qarabağlar kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ­şimal-şərqində “Qalacıq” adlanan ərazidə eramızdan əvvəl II minilliyə və I minilliyin əvvəllərinə aid yaşayış yeri (sahəsi, təqribən, 40 hektar) aşkar edilib. Burada tunc bəzək əşyaları, boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və ovalşəkilli bina qalıqları tapılıb. Qarabağlar kəndi ən qədim yaşayış məskənlərindən biri olmaqla, tariximizin orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilib. Bu şəhər orta əsrlərdə bir sıra görkəmli səyyah, tarixçi və coğrafiyaşünasların diqqətini cəlb edib. Orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində buranın gözəl iqlimi, əhalisi, tarixi abidələri haqqında maraqlı məlumatlar vardır. Nizaməddin Şami, İbrahim Əfəndi Peçevi, Övliya Çələbi, Fəzlullah Rəşidəddin, N.Xanıkov, Moryer, İ.Şopen, İ.Tavernye kimi alim və səyyahlar Qarabağlar haqqında çox qiymətli məlumatlar veriblər.

Qarabağlar Türbə Kompleksindən bəhs edən yeni nəşrdə qeyd olunur ki, bu abidə haqqında bir çox tədqiqatçılar əhəmiyyətli fikir və mülahizələr söyləyib, abidələrin tarixi haqqında bir sıra dəqiqləşmələr aparıblar. Türbədən, təxminən, 30 metr aralıda iki yüksək minarə ucalır ki, bunların hündürlüyü 17 metrə qədərdir. Minarələrin aşağı hissələrində kvadratşəkilli bünövrə düzəldilib. Onun səthində isə yaşıl rəngli kaşı çəkilmiş kərpiclərdən bəzəklər yaradılıb. Hər iki minarənin içərisində dolama pilləkən vardır. Bu minarələr Azərbaycan ərazisindəki ən qədim kərpic minarələrdəndir. Baştağın özü isə təkcə yurdumuzun deyil, bütün İslam ölkələrinin memarlığında qoşa minarəli baştağların ilk örnəklərindəndir. Gətirilən faktlardan və digər mənbələrdəki məlumatlardan aydın olur ki, Qarabağlar türbəsi Elxanilər sülaləsindən olan yeddinci vəliəhd Sultan Əhmədin anası Cahan Qudi xatının əmri ilə tikilib. Mənbələrdə adı Quti, Qudi, Qutuy xatın şəklində anılan Qudi xatın, tarixçi Fəzlullah Rəşidəddinin yazdığına görə, “Çox ağıllı və bacarıqlı olub, sarayda yüksək mövqe tuturdu”. Qudi xatın oğlu Sultan Əhmədin hakimiyyəti dövründə, 1282-1284-cü illər arasında dövlətin idarəsində yaxından iştirak etmişdi. O, böyük hörmət və nüfuzunu sonralar da saxlamışdı.
Kitabda o da qeyd olunur ki, Qarabağlar türbəsi ikihissəlidir: sərdabə və yerüstü xatirə abidəsi. Bu abidədə qülləvarı türbənin əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı onun yerüstü kompozisiyasını təşkil edir. Bir-biri ilə birləşmiş on iki yarımsilindrik çıxıntı divarın ümumi həcmini azaltmaqla bərabər, eyni zamanda türbəyə bir qala görkəmi də verir. Türbənin kompozisiya xüsusiyyəti dörd baştağlı olmasıdır. Dörd coğrafi səmtə cəhətlənən giriş yerləri türbəni dörd bərabər hissəyə bölür. Binanın bütün səthlərinə xırda şirli yaşıl kərpiclərdən çəkilmiş üzlük qırmızımtıl kərpic fon üzərində onun səthini böyük kvadratlara bölür. Çəpinə qoyulmuş belə kərpiclərdən isə romblar əmələ gəlmişdir. Rombların hər birinin içərisində iri yaşıl kərpiclərlə “Allahdan başqa Allah yoxdur. Məhəmməd – Allahın ona salavatı olsun – onun elçisidir!” sözləri yazılmışdır.
Bundan əlavə, yeni nəşrdə Qara­bağlar kəndinin ərazisində qədim dövrdən memarlıq abidələrinin mövcud olması barədə də ətraflı məlumat verilir. Araşdırmalar Eneolit dövründə Qarabağlar üçün dairəvi formalı arxitektura xarakterik olub. Eramızdan əvvəl III minillikdən başlayaraq Qarabağlar kəndində qalatipli yaşayış məskənləri formalaşıb. Bu yaşayış yerləri irihəcmli daşlardan inşa olunmuş müdafiə divarları ilə əhatələnmişdi. Hazırda bu kəndin ərazisində “I Bəzəkli”, “II Bəzəkli”, “Qalacıq”, “Qarabağlar qalası”, “I Suzqunlar”, “II Suzqunlar qalası” adı ilə qeydə alınan müdafiə istehkamları mövcuddur. Müəyyən olunub ki, Orta Tunc dövründən başlayaraq Qarabağlar ərazisində dördkünc formalı arxitektura geniş yayılıb, yaşayış evləri dördkünc formada inşa edilib. Bu abidələrin tədqiqi Orta Tunc dövründən başlayaraq Qarabağlarda memarlıq sənətinin yüksək inkişaf səviyyəsinə çatdığını təsdiq edir.
Sonda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin “Qarabağlar Türbə Kom­­pleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq burada aparılan bərpa işləri zamanı türbədə əks olunan qədim və orta əsr memarlıq elementləri, habelə abidənin memarlıq üslubu qorunub saxlanılıb.
Kitabda akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev, Fəxrəddin Səfərli və Qadir Qədirzadənin, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun və memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyevin müəllifi olduğu materiallarda Qarabağlar Türbə Kompleksi və onun kitabələri, eləcə də memarlıq quruluşu, Qarabağlardakı qədim yaşayış yerləri və digər etnoqrafik materiallar haqqında məlumatlar verilir.
Azərbaycan, rus və ingilis dillərində verilmiş mətnlərlə yanaşı, kitabda Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı görüntüləri də təsvir olunub. Yeni nəşr Şərq mədəniyyətinin incilərindən sayılan Qarabağlar Türbəsi və bu qədim yaşayış məskəni haqqında ətraflı məlumatlar öyrənmək baxımından qiymətli əsərdir.

Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3039506
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
932
5384
16738
90837
3039506

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter