23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı cəmiyyətimizin qədirbilən ziyalıları tərəfindən yüksək qiymətləndirildi. O ziyalılar ki siyahıya daxil edilən kitabların hər birini mütaliə etdikləri, mahiyyətinin nədən ibarət olduğunu bildikləri üçün gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edəcək bu tarixi sənədə dəyər verməyi bacarırlar. Nəzərə alsaq ki, zaman-zaman müəllim özünün yararlandığı sanballı bir əsəri oxumağı şagirdinə nəsihət, ata yaxşı bir kitabı mütaliə etməyi övladına tövsiyə etdiyi, iki dost bir-birinə hansısa dastanı, romanı oxumağı məsləhət bildiyi kimi, oxunması zəruri kitablar da gənc nəslə bir müəllim sevgisi, ata məhəbbəti, nəsihət, tövsiyə və məsləhətdir. Bu həm də bir qayğıdır – blokadanın ilk illərindən bəri muxtar respublikanın ağır yükünü çiyinlərinə götürən və o çətin günləri yaşayan biz naxçıvanlılara inkişafın zirvəsində dayanan bugünkü Naxçıvanımızı bəxş edən ictimai xadimin – Ali Məclis Sədri cənab Vasif Talıbovun qayğısı. Tarixə bir nəzər salaq.

Blokada

Vaxt var idi ki, Naxçıvan blokadanın ilk illərinin çətinlikləri ilə üz-üzə dayanmışdı. Tariximizin səhifələrinə həkk olunmuş, heç vaxt unudulmayacaq o günlərdə olmazın ağrı-acıları ilə qarşılaşdıq. Soyuq evlər, qıt süfrələr, saatlarla çörək növbələri, ərzaq, neft talonları üçün qaçhaqaçlar, buz kimi iş yerləri, sinif otaqları və ən dəhşətlisi – istilik sisteminin yoxluğu üzündən rütubət iyi verən kitabxanalar… Muxtar respublikamızın sərt kontinental iqliminin payızın əvvəllərindən yazın ortalarınadək yaratdığı sazaqlı-soyuqlu havalarda çoxlarımızın sevimli ünvanı olan kitabxanalarda bir dəqiqə oturub mütaliə etmək mümkün deyildi. Kitabları alıb axşamlar bütün külfətin bir otaqda bir lampanın işığını paylaşmalı olduğu evlərimizə aparırdıq: bu zəif işartıda kimi kitab oxuyur, kimi dərs hazırlayır, kimi tikiş tikir, kimi də ətrafındakıları seyr edərək fikrə dalıb, xoş günlərin xəyallarını qururdu.

 

İnkişaf

Sən demə xəyalını qurduğumuz günlər yaxında olmasa da, uzaqda da deyilmiş. Blokadanın çətinliklərini naxçıvanlılarla birgə yaşayan və daha sonralar onlarla görüşlərinin birində “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşa­mağım, işləməyim olubdur”, – deyən ümummilli liderimiz qaranlıq axşamlarda çıraq işığında verdiyi qərarlarla bu diyarın insanlarının işıqlı sabahlarının təməlini qoydu. Ulu öndərin muxtar respublikanın məhdud daxili imkanlarından istifadə etməsi, qonşu dövlətlərlə iş birliyi, əlaqələr yaratması Naxçıvanın iqtisadi böhrandan çıxması üçün stimul oldu. Naxçıvan, ilk növbədə, gözlərini diyarımıza dikən erməni təzavüzündən müdafiə edildi. Burada qürur mənbəyimiz olan tarixi sənədlər qəbul olundu, milli dövlətçilik ənənələri formalaşdırıldı.
1995-ci ildən isə tariximizdə yeni bir səhifə açılıb: Blokada da inkişaf. Və bu səhifəyə ötən 23 ildə həkk olunan hərtərəfli dinamik inkişaf, bütün sahələrdəki uğur, ən başlıcası isə inkişafın, tərəqqinin bütün mərhələlərində insan amilinin ön plana çəkilməsi qədim diyarımızın müasir insanlarında Naxçıvan sevgisi fenomenini ­yaradıb.

İnkişafdan pay alan kitabxanalar

Təbii ki, bu inkişafdan tarixən elmin, biliyin beşiyi hesab edilən Naxçıvanın şəhər mərkəzlərindən tutmuş ən ucqar dağ kənd­lərində yerləşən kitabxanaları da pay aldı. Başdan­-başa abadlaşan şəhər, qəsəbə, kəndlərimizdə infrastruktur sahələri yaradıldı, bütün sahələr müasirləşdirildi. Rütubət iyi verən kitabxanalar üçün yeni binalar tikildi, kənd mərkəzlərində otaqlar ayrıldı.
Xatırladaq ki, o dövrdə Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı ilə ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid tamamilə təmin olunmuşdu. Bundan sonra Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşri günün ən vacib məsələlərindən biri idi. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan çox kitab nəşr edilərək kitabxanalara göndərildi, oxucuların ixtiyarına verildi. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm addım atıldı. Sonrakı sərəncamlarda isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyalarından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Bu gün muxtar respublikamızın da bütün təhsil və mədəniyyət müəssisələrinin kitabxanaları latın qrafikası ilə nəşr olunmuş kitablarla zənginləşdirilib. Təkcə Naxçıvan Dövlət Universitetində 30-dan çox dildə 200 minə yaxın fonda malik elektron kitabxana fəaliyyət göstərir. Kitabxanaların hər birində ötən ildən oxunması zəruri olan kitablardan ibarət sərgilərin açılması isə muxtar respublikada mütaliə mədəniyyətinin inkişafına hər zaman verilən dəyərin göstəricisidir.

Nəsihətin, tövsiyənin, məsləhətin nəticəsi

Bir vaxtlar rütubətdən, soyuqdan istifadə edə bilmədiyimiz kitabxanalar, dərd-­sərimizin çoxluğundan, elektrik enerjisinin yoxluğundan oxuya bilmədiyimiz kitablar “həsrətlə yolumuzu gözləyirdi”. Bu problem aradan qaldırılan vaxt yeni texnologiyaların həyatımıza daxil olması və etiraf edək ki, sosial şəbəkələrə marağın artması çoxlarının ayağını kitabxanalardan kəsmişdi. Bu, bütün ölkəmizdə illərdir ki, həlli yolları axtarılan məsələlərdəndir.
Çox qürurverici haldır ki, hər kəs tərəfindən rəğbətlə qarşılanan “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam bu gün muxtar respublika kitabxanalarına oxucuların kütləvi şəkildə axınına səbəb olub. Bu sərəncamla, xüsusilə məktəb kitabxanalarının fəaliyyəti daha da genişləndirilib, məktəblilərin isə mütaliəyə marağı artıb. Əksər şagirdlər siyahıya daxil edilmiş kitabların adlarını əzbər bilir, onların çoxunu oxuyub və məktəblərdə keçirilən kitab müzakirələrinin iştirakçısı olublar. Qarşılaşdığımız maraqlı bir fakt da var: Baxmayaraq ki, sərəncam gənc nəslin dünyagörüşünün, vətənpərvərliyinin formalaşması üçün verilib, ictimaiyyət nümayəndələri, kitabxanalarla əlaqəsi olanlar etiraf edirlər ki, bu kitablarla maraqlanan, oxumaq istəyənlər tək gənc nəsil deyil, onları mütaliə etmək istəyində olan orta, ahıl yaşlı insanların da sayı çoxdur. Bu marağın, istəyin isə yeganə bir səbəbi var: Dəyərli insanların dəyərli məsləhətləri insana yalnız fayda verə bilər.

Oxunması zəruri olan kitablar 

“Azərbaycan xalqının ümummilli lideri ­Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” tariximizin bütün dövrlərinin təhlil edilməsi baxımından hər bir azərbaycanlı, xüsusilə də gənc nəsillər üçün çox əhəmiyyətlidir. Eyni zamanda müstəqil ölkə­mizin intibahına çağıran bu kitab gənclərin gələcək tədqiqatlarında onların yollarına işıq salacaq dəyərli vasitədir.
Dədə Qorqud müdrikliyi, Nizami Gəncəvi nəsihəti, Cəlil Məmmədquluzadə təmkini, Nəsirəddin Tusi əxlaqı, Şəhriyarın Vətən harayı, Seyid Əzim Şirvaninin bitkilərin və heyvanların dili ilə insanlığa, haqqa, ədalətə çağırışı, Sədi Şirazinin – bir dünya səyyahının “Gülüstan”ının əvəzsiz nəsihətlər məcmusu, Məhəmməd Peyğəmbərin və onun yaxınlarının islami dəyərlərə dəvəti insana, əlbəttə, ən gözəl keyfiyyətləri aşılaya bilər. Rəşidəddin Fəzlullahın oğuzların tarix səhnəsində kimliklərini sübut etməsi, Hüseyn Cavidin Azərlə XX əsrin real mənzərəsini yaratması, Məmməd Səid Ordubadinin böyük qələbələrə nail olmaq üçün igid xalq qəhrəmanı Fəxrəddinin qılıncı ilə dahi Nizaminin qələmini birləşdirməsi hər bir azərbaycanlını öz tarixinin səhifələrini açıb onu öyrənməyə səsləyir.
Dünyagörüşün formalaşmasında milliliklə yanaşı, digər xalqların da tarix, mədəniyyət və ədəbiyyatlarının öyrənilməsi böyük rol oynayır. Oxunması zəruri olan kitablar arasında dəyərli xarici ədəbiyyat nümunələri də var. Teodor Drayzerin rəssamlıq sənəti ilə kifayətlənə bilməyib, özünə “dollar hakimiyyəti” qurmaq istəyən və sonda bunun acısını yaşayan dahisi – Yucin Vitlası, Cek Londonun sonadək yaşamaq uğrunda mübarizə aparan qəhrəmanı, Nikolo Makiavellinin dövlətin idarə edilməsini göstərən “Hökmdar”ının iddiaları, Gi de Mopassanın Gombulunun həyatda hansı mövqedə dayanmasından asılı olmayaraq tükənməz vətənpərvərliyi, Nikolay Ostrovskinin Pavel Korçagininin amansız xəstəliyə baxmayaraq böyük həyat eşqi ilə, yazıb-yaratması, ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun övladını etibar etdiyi müəllimə onun tərbiyəsi, hərtərəfli yetişməsi üçün dəyərli tövsiyələri bu kitabları oxuyan hər kəsə, təbii ki, yaxşıları əxz etməyi öyrədər.
Bir sözlə, oxunması zəruri olan kitablar siya­hısına o qədər bəşəri, dəyərli əsərlər daxil edilib ki, məhz bu kitablarla müdrik bir insan kimi yetişmək, onları oxuyub təhlil etməklə hərtərəfli dünyagörüşə yiyələnmək olar. Və bu kitabların yaratdığı maraq, mütaliəyə bağlılıq hissi siyahıya zaman-zaman əlavə ediləcək digər kitabların da oxunmasına yol açacaq.

Son söz

Ötən il oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.
Bəli, bu gün muxtar respublikamızı qoruyan əzəmətli ordumuz varsa, burada illərdir ki, yaxşı qanunlar qəbul edilirsə, Naxçıvan ölkəmizin yeniliklər məkanı adını qazanıbsa, təbii ki, əsl ziyalıların qiymətləndirdiyi oxunması zəruri olan kitablar da həmin yeniliklərdən biridir.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3054510
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1704
3998
31742
105841
3054510

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter