18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Masamın üstündə çapdan yeni çıxmış “Mənim Naxçıvan dünyam” adlı kitabla üz-üzə, göz-gözəyəm. Müəllifi “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovdur. Onun 60 yaşına hesabatı olan kitabında son illər müxtəlif mətbuat orqanlarında dərc edilmiş publisistik yazıları yer alıb. İctimai həyata fərqli rakurslardan yanaşan müəllifin məqalə, reportaj, müsahibə, zarisovka və esselərinin əsas qayəsini Vətənə, torpağa məhəbbət hissləri təşkil edir. Yazılardan yaranan ilkin təəssürat belədir ki, Vətəni sevmək, sadəcə, torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. 

Doğulduğun el-obadan, dağının, dərəsinin min bir çiçək çələngindən sinənə çəkdiyin ətrindən, dupduru bulaqlarından içdiyin sudan, insanlara sevgi yarpaqlayan çinarlardan, yaşıl düzlərindən, başı ağ çalmalı dağlarından başlanır Vətən. Vətən o zaman Vətən olur ki, onun uğrunda canından keçməyə hazır olan, inkişafına, tərəqqisinə çalışan övladları var. “Vətənə, xalqa, dövlətə bağlılıq yolu” adlı yazısında qeyd etdiyi kimi: “Təzadlarla dolu olan yaşadığımız həyatda insan ömrü çox qısadır. Ulu Dədə Qorqud deyirdi: “Gəlimli­-gedimli dünya, son ucu ölümlü dünya”. Məsələ bu qısa zaman kəsiyində ömrü elə yaşamaqdır ki, cəmiyyət üçün faydalı işlər görə biləsən. Bu ömrü kamil insanlar öz yaxşı əməlləri ilə, necə deyərlər, uzada bilərlər. Həmin əməllərin fövqündə dayanan isə Ulu Tanrının bizə bəxş etdiyi ömrü doğruluqla başa vurmaq, həyatda doğru yol tutmaqdır”.
Müəllifin hər bir yazısı qəlbinin dərinliklərindən su içir. O, yalnız gördüyü, inandığı, dürüstlüyünə əmin olduğu mövzuları qələmə alır və beləcə də yazır: “Doğruluq ciddi əxlaqi məsələdir. Bu hiss, bu mənəvi keyfiyyət insanın daxili təmizliyidir, saflığıdır, mənsub olduğu xalqa sevgi və məhəbbətdir, dövlətə və dövlətçiliyə sədaqətdir. Doğruluq obyektivlik meyarıdır, insan əməyi­nin əsl qiymətini verən ölçüdür. Yalnız bu yolla güclü şəxsiyyətə çevrilmək olar”.
Muxtar müəllimin jurnalistikada keçən ömrünün ən məhsuldar dövrü yeni kitabında öz əksini tapır. Tarixi varislik əlaqələrinə əsasən xalqımızın uzun əsrlər boyu formalaşmış elmi, mədəni və mənəvi dəyərlərinin davam etdirilməsi, ictimai-siyasi fikrin və ədəbi-bədii prosesin daha da genişləndirilməsi bu yazıların ruhunu təşkil edir. Məqalələrin əksəriyyəti istər emosionallığı, istər hiss və həyəcanların bədii təsvirindəki orijinallığı, istər cəsarəti, istərsə də müəllif yanaşmasının qeyri-adiliyi ilə diqqət çəkir və yaddaşda qalır. Müəllif görüntünü bütün gözəlliyi və detalları ilə obrazlı təsvir etməyə çalışır və istəyinə nail olur.

Muxtar Məmmədovun publisistikası həm də elmi təfəkkürü özündə bütöv şəkildə təcəssüm etdirməsi, canlandırması, nəticədə isə oxucu kütləsinə daha güclü, effektiv təsiri ilə fərqlənir, seçilir. Onun müraciət etdiyi mövzular ümumbəşəri problemlərə xor baxmayan bir milliliyə, fəlsəfi lirizmə, poetik pafosa söykənir və müəllifin qələmində analitik təfəkkür süzgəcindən keçir. Qələmə aldığı mövzular olduqca aktualdır, müəllif qələmiylə tarixin keçmiş səhifələrində gəzişərkən belə, toxunduğu məsələlər yaşadığı çağdaş dövrün qayğıları, problemləriylə tam səsləşir.
Kitabda “Müsahibələr”, “Bir-birinə bənzəməyən həyat yolları”, “Sərbəst”, “Esselər”, “Stolüstü kitablarım”, “Qarış-qarış gəzdiyim yurd yerləri” bölmələri altında toplanan hər bir yazıda Azərbaycan dövlətçiliyinə sədaqət, mənəvi dəyərlərin qorunması ana xətti təşkil edir. “Heydər Əliyev mübarizliyi xalqımızı düşdüyü bəlalardan qurtardı”, “Vətən, dövlət, millət ən böyük milli dəyərlərimizdir”, “Bəşər sivilizasiyasının başlanğıc məkanı: Naxçıvan” və digər yazılar müsahibə janrında olsa da, ulu öndər Heydər Əliyevin əzəmətli portreti müəllif tərəfindən məharətlə yaradılır. Söhbət əsnasında ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 90-cı illərin acılı-şirinli mənzərələri göz önündən keçir. Bu əhvalatların təsvirində bədiilik də var, obrazlılıq da. Qələmə alınan əhvalatlarla real­lıq arasında aparılan paralellər də uyarlıdır və bir Şəxsiyyətin böyüklüyünü, xarakterini, gördüyü işlərin əhəmiyyətini çatdırmaq baxımından da diqqət çəkir. Bu xarakterli yazıların əksəriyyətində tarixə müraciət var. Amma hər müraciətdə bir bədiilik, hər yazıda əvvəlcədən qurulmuş kompozisiya, süjet axıcılığı və hər sonluqda vurulan bir məntiqi yekun mövcuddur. Bir də gözlənilməz keçidlər. Müəllif hər dəfə məqaləyə elə bir tərzdə giriş verir ki, söhbətin tama­milə başqa istiqamətə, başqa mövzuya gedəcəyini düşünürsən, amma birdən-birə gözlənilməz bir keçid onu düşündüyündən daha ciddi istiqamətə, daha ciddi yönə doğru aparır. Sadalanan bütün bu xüsusiyyətlər isə publisistik material üçün vacib olan elementlər, Muxtar müəllimin yazılarını oxunaqlı edən, onları digər yazılardan fərqləndirən çalarlardır. Akademik Zərifə xanım Əliyevadan bəhs edən “Böyük ana haqqında düşüncələr”də olduğu kimi: “Çoxumuza əlçatmaz kimi görünən ucalıq adlı bir zirvəni fəth etmək hamıya qismət olmur. Çünki bu zirvəyə gedən yol hamar deyil, dolaylardan keçir. Çünki bu zirvəyə gedən yolun hər addımı Vətənə, torpağa, xalqa, insana bağlılıqdan, dar ayaqda ona arxa durmaqdan, ömrünün mənasını bu yolda görməkdən qurulmalıdır. Məhz bu vaxt qazanılan hər nə varsa, onun sevinci insan ömrünə fərəh gətirir. Bu sevinc də, fərəh də qəlblərdə daim yaşayır, xatırlanır”.
Kitabın “Esselər” bölməsində toplanan yazılarda informasiya bədii yanaşma ilə müşayiət olunur. “Azadlıq elə bir şirin nemətdir ki, o, özünə, tarixi keçmişinə, soykökünə hörmət etməyi bacaran xalqların qismətinə düşür. O xalqların övladları da vətənpərvər böyüyürlər, doğulduqları yurd yeri onlar üçün səcdəgah qədər qiymətli olur. Belələri öz yurdunun azadlığa qovuşması yolunda canlarından keçməyi şərəf işi hesab edirlər. Çünki azadlıq heç kəsə elə-belə verilmir, qazanılır. Bu yolda qanlar tökülür, qurbanlar verilir. Şəhidlik zirvələri fəth olunur. Elə xalqın azadlıq, müstəqillik tarixi də onda yazılır”.

Yeni kitab oxuculara müəllifin 60 yaşı haqladığı bir vaxtda təqdim olunur. Mən bu kitabı Muxtar müəllimin 60 illiyinə bir yaradıcılıq ­hesabatı kimi dəyərləndirir, əziz dostumu, sənətinin cəfakeşi olan səmimi insanı ürəkdən təbrik edir, arzularına ­qovuşmasını diləyirəm.

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3286143
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
991
3637
23912
70789
3286143

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter