20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 sentyabr – Bilik Gününə həsr olunmuş “Mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edib. O, ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” müdrik kəlamını xatırladaraq bildirib ki, bu gün cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, onların asudə vaxtlarının düzgün təşkili, cəmiyyətin mədəni həyatındakı iştiraklarını təmin etmək bu siyasətin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tədbirlər planına əsasən təşkil olunan “Mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.
Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova çıxış edərək vurğulayıb ki, muxtar respublikamızda uşaqlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlər əhəmiyyətli rol ­oynayır.
Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.
Əl işləri ilə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Burada İlknur Əlizadə, Tükəz Ələkbərli, Fərhad Şirinov, Kənan Zamanov, Şəhrizad Quluzadə və başqa balaca rəsm həvəskarlarının rəsmləri ­sərgilənib.
Uşaqların ebru, yağlı və sulu boya, rəngli qələm vasitəsilə təbiət mənzərələrindən tutmuş cizgi filmlərinin qəhrəmanları da daxil olmaqla əl işləri nümayiş etdirilib. Onların rənglər dünyası sərgiyə baxmağa gələnlərin diqqətini cəlb edib, tədbir iştirakçıları uşaqların rəsmlərinə maraqla baxıblar.
Qeyd edək ki, sərgi salonunda 38 istedadlı uşağın 100-ə yaxın əl işi nümayiş olunub. Sərginin ən balaca iştirakçısı isə 1 yaşlı Fidan Zamanlı idi.
Sonda uşaqların iştirakı ilə musiqi nömrələri səsləndirilib, şeirlər qiraət olunub.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3039506
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
932
5384
16738
90837
3039506

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter