22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Milli Musiqi Gününə həsr olunmuş tədbirlərin qrafikini təsdiq etmişdir. Bu qrafikə əsasən muxtar respublikanın paytaxtında və rayon mərkəzlərində, ­­o cümlədən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində konsertlər təşkil olunacaqdır. Eyni zamanda dahi bəstəkar Üzeyir Hacı­bəylinin həyat və yaradıcılığından bəhs edən “Üzeyir ömrü” bədii filminin nümayiş olunması, musiqi tariximizlə bağlı mühazirələrin oxunması nəzərdə tutulub.
Sentyabrın 8-də Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Qarabağlar Türbə Kompleksi qarşısında Milli Musiqi Gününə həsr olunmuş konserti ilə bu tədbirlərə start verilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan bu musiqi kollektivi haqqında ətraflı məlumat verilib.
Konsertə Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin solisti, Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun, Tural Nəcəfovun ifa etdikləri mahnılar alqışlarla qarşılanıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Elçin Nağıyevin ifalarında Azərbaycan bəstəkarlarının populyar estrada mahnıları səsləndirilib.
Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli, Elçin Nağıyev və başqalarının ifasında estrada mahnıları ilə bərabər, Azərbaycan və dünya musiqisinin görkəmli sənətkarlarının marş, vals, caz, tanqo, rəqs musiqi janrında yazdığı melo­diyalar da səsləndirilib.

Konsertə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədov və Elvin Əliyarov dirijorluq edib.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin iki saata yaxın davam edən konserti Kəngərli rayon və ətraf kəndlərin sakinlərinə xoş ovqat bəxş edib.
Dünən Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Milli Musiqi Günü ilə bağlı Naxçıvan şəhərinin Saat meydanında da konserti olub.

Əli Rzayev

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049962
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1154
4569
27194
101293
3049962

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter