M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanovadan aldığımız məlumata görə, kollektiv Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, Naxçıvan şəhərindəki uşaq bağçalarında tamaşalar göstərilməsinə başlayıb.
Xatırladaq ki, teatrın kollektivi Yeni il bayramı ilə əlaqədar olaraq, dekabrın 30-dan yanvar ayının ilk həftəsinin sonuna qədər balaca teatrsevərlər qarşısında gündə üç seans olmaqla tamaşalar göstərəcək.

Xəbərlər şöbəsi