18 Fevral 2020, Çərşənbə axşamı

Dünən “Ədəbiyyat profilli muzeylərdə uçot-mühafizə işinin təşkili” mövzusunda Babək Rayon Tarix-Diyar­şünaslıq Muzeyində muzey əməkdaşları üçün seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin baş məsləhətçisi Qumral Əsədova bildirib ki, keçirilən seminar-treninqlərdə bu mədəniyyət müəssisələrinin əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Belə tədbirlərdə muzey əməkdaşlarına həmin sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların ­sualları cavablandırılır.
Vurğulanıb ki, 2018-ci ildə muxtar respublikanın muzeylərinə 1564 eksponat daxil olub. Bu müddətdə muzeylərimizi 592 min 683 nəfər tamaşaçı ziyarət edib ki, onlardan da 178 mindən çoxu xarici ölkə vətəndaşıdır. Ötən il muzeylərimizdə 19 seminar-treninq keçirilib, muzey işi ilə bağlı 4 dəyirmi masa təşkil edilib.
Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Ədəbiyyat profilli muzeylərdə uçot-mühafizə işinin təşkili” mövzusunda çıxış edib.
Həmin gün tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyində də olublar.

Əli RZAYEV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR