22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvanda ilk dəfə olaraq “Art Battle” – I “İncəsənət döyüşü” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
İlkin mərhələsi aprelin 4-də Bəhruz Kəngərli adına Rəssamlar Parkında keçirilən müsabiqədə 20 nəfər gənc rəssam iştirak edib. Günün sonunda təyin edilən münsiflər heyətinin və Naxçıvan şəhər sakinlərinin verdikləri səslərə əsasən qaliblər müəyyən edilib. Belə ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Mikayıl Rəcəbov və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Həcər Bəylərova birinci yerə layiq görülüblər. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Çinar Hacıyev, “Naxçıvan” Universitetinin tələbəsi Cəlil Xudiyev ikinci, Naxçıvan Dövlət Universitetinin tələbələri Nihad Aslanov və Könül Kazımlı üçüncü olublar.
Qaliblərə, həmçinin digər müsabiqə iştirakçılarına təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub.
Müsabiqə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti