23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Dünən “Naxçıvan” Universi­tetində görkəmli filosof-şair ­İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.
Tədbirdə çıxış edən ali təhsil ocağının prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Sərəncamdan irəli gələn vəzifələrin muxtar respublikada da yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Vurğulayıb ki, xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətka­rın həyat və yaradıcılığının, ideallarının tələbələrimizə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.
Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Zakir Məmmədov çıxış edərək bildirib ki, “Nəsimi həftəsi” 8-12 aprel tarixlərini əhatə edəcək. Hazırlanmış qrafikə əsasən dünən “Nəsimi” tarixi filminin nümayişi olub, “Nə? Harada? Nə zaman?” intellektual oyununun, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsinin, “İmadəddin Nəsimi – 650” adlı elmi konfransın keçirilməsi nəzərdə ­tutulur. “Nəsimi həftəsi” tələbələrin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyası ilə ­yekunlaşacaq.
Sonra ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filmi nümayiş etdirilib. Tarixi-bioqrafik filmin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. 1974-cü ildə Bakıda VII Ümumittifaq kino­festivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülən ekran əsərini tələbələr maraqla izləyiblər.

Seyfur HACIMURADOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006441
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
675
4717
13931
88823
4006441

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter