22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət ­xadimi, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun “Naxçıvan təranələri” adlı kitabının təqdimatı keçirilib.
Fakültənin dekanı, sənət­şünaslıq üzrə fəlsəfə doktoru ­Günay Məmmədova tədbiri giriş sözü ilə açaraq bəstəkarın yaradıcılığının çoxşaxəli və məhsuldar olduğunu, eyni zamanda universitetdə ustad dərsləri keçdiyini də qeyd edib. Nəzərə çatdırılıb ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edib və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından, sənətinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Yaradıcılığının əsas səhifəsini Naxçıvanın təşkil etdiyini, hər konsertində Naxçıvana xüsusi yer verdiyini deyən Tofiq Bakıxanov kitabın məğzindən söhbət açıb. Diqqətə çatdırılıb ki, kitabda Naxçıvan şairlərinin şeirlərinə bəstələnmiş mahnı və romanslar yer alıb.
Sonra kitabda təqdim olunan mahnı və romanslar səsləndirilib.

 * * *

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvləri və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri ilə professor Tofiq Bakıxanovun görüşü və ustad dərsi keçirilib.
Naxçıvan Musiqi Kollecində keçirilən tədbiri giriş sözü ilə açan kollecin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günay Əliyeva deyib ki, görkəmli bəstəkarımız Tofiq Bakıxanov dəfələrlə qədim diyarımızda olub. O, bir sıra fəxri adları ilə bərabər “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” adını da şərəflə daşıyır. Müxtəlif janrlarda əsərlər yazan Tofiq Bakıxanovun əsas yaradıcılıq meyarı istedad və bacarıq, zəhmət və iradə, yorulmaq bilmədən çalışmaqdır.
Naxçıvan Muxtar Respublikası Bə stəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək bildirib ki, Tofiq Bakıxanovun yaradıcılığı ­musiqisevərlər tərəfindən yüksək dəyərləndirilir.
Tədbirdə Tofiq Bakıxanov Naxçıvanda musiqi mədəniyyətinə göstərilən böyük qayğıdan danışıb. Qeyd edib ki, o, yaradıcılığının bir hissəsini qədim Naxçıvana həsr edib. Hər dəfə bu diyara gələndə möhtəşəm yeniliklərlə rastlaşır ki, bu da onu yeni əsərlər yaratmağa sövq edir.
Kollecdə keçilən ustad dərsində bəstəkar bildirib ki, musiqiçi olmaq istəyən hər bir insan təcrübə vərdiş­lərini inkişaf etdirməli, fərdi xüsusiyyətlərdən yaradıcılıqla istifadə etməlidir. Bəstəkar müəllim və tələbələrin suallarını cavablandırıb.
Tədbirin bədii hissəsində Naxçıvan Musiqi Kolleci tələbələrinin konserti olub. Konsertdə muğamlarımızla yanaşı, dünya bəstəkarlarının əsərləri də səslənib. Əvvəlcə kollecin “Buta” muğam ansamblı tərəfindən kompozisiya ifa olunub. Sonra xarici ölkə bəstəkarlarının skripka, fortepiano, qanun üçün yazdığı musiqilər səslənib. Konsert Qran-pri mükafatçısı, kollecin tələbəsi Nəcəf Hacılının nağarada ifa etdiyi kompozisiya ilə başa çatıb.

* * *

Həmin gün bəstəkar Tofiq Bakı­xanov Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri ilə də görüşüb və ustad dərsi keçib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib.
Tofiq Bakıxanov çıxışında Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb, Azərbaycan musiqisinin qədim və zəngin ənənələrindən söhbət açıb. Naxçıvan torpağının yetirmələri olan bəstəkarlar Ərtoğrol Cavid, Məmməd Nəsirbəyov, Ramiz Mirişli, Nəriman Məmmədov, Rəşid Məmmədov haqqında xatirələrini bölüşüb.
Ustad dərsdə isə bəstəkar ifaçılıq texnikasından, üslub və forma yeniliklərindən danışıb. Bildirib ki, peşəkar musiqiçi olmaq istəyən şagirdlər uşaq musiqi məktəblərində bu sənətin ilkin sirlərinə dərindən yiyələnməlidirlər. Muxtar respublikanın məktəblərində musiqi təhsili üçün hər cür imkan və şərait yaradılıb.
Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim və tələbələrinin ifasından sonra tanınmış bəstəkar yaradıcılıq tövsiyələri verib, sualları cavablandırıb.

Xəbərlər şöbəsi