21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu ilin birinci rübündə milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində tədbirlər keçirilmiş, görkəmli sənət adamlarının yubileyləri qeyd edilmişdir.
Muxtar respublikanın rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə 20 konsert və 11 tamaşa təşkil olunmuşdur. Həmçinin müxtəlif müsabiqələr, dəyirmi masa, oxucu konfransı, xatirə gecəsi, anım günü, kitab müzakirəsi, intellektual oyun, maarifləndirici tədbir, mühazirə, metodik kurs, seminar-­treninq, kitabxana və kitabxanaçı, mütaliə, nağıl günləri, açıq və distant dərslərin keçilməsi diqqətdə saxlanılmış, sərgilər təşkil olunmuşdur. Şərur yallılarının reyestrə alınması işi də davam etdirilmiş, bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür.

Bu dövrdə muzeyləri 30 min 523-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 125 min 998 tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsində muxtar respublika sakinləri fəal iştirak etmiş, muzeylərə 410 eksponat daxil olmuşdur. Kitabxanalara 215 adda 581 nüsxə çap məhsulu verilmişdir. Ötən dövrdə muxtar respublika kitabxanalarında yeni oxucu sayı 926, oxucu gəlişi 26 min 770 nəfər olmuş, 33 məhdud fiziki imkanlı şəxsə səyyar kitabxana xidməti göstərilmişdir. Mədəniyyət müəssisələrinin fəaliyyəti də diqqətdə saxlanılmış, dərnəklərin təşkili ilə bağlı işlər görülmüş, mədəniyyət evləri və klublarda 569 mədəni-kütləvi tədbir keçirilmiş, 182 sərgi açılmışdır.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı Hüseyn Cavidin “Xəyyam”, Əli Əmirlinin “Əli və Nino”, Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş “Ehsan xan Kəngərli”, Naxçıvan Dövlət Kukla Teatrı “İnanmayaq tülkülərə”, “Göyçək Fatma”, “Adam-badam iyisi gəlir”, “Qoğalın sərgüzəşti”, Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı”, Babək Rayon Xalq Teatrı “Beş manatlıq gəlin”, Şərur Rayon Xalq Teatrı “Varlı qadın”, Ordubad Rayon Xalq Teatrı “Yalan” tamaşalarını nümayiş etdirmişdir. Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayon və kəndlərində “Yarımçıq xatirələr”, “Nəsimi”, “Dərs”, “Cavad xan” filmlərini nümayiş etdirmiş, məktəblilər üçün kinoviktorina keçirilmişdir.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə musiqi, teatr, təhsil müəssisələri kollektivlərinin rəngarəng konsert proqramları olmuşdur.
Birinci rübdə yaddaqalan mədəniyyət hadisələrindən biri də Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin “Testene ART Baku-2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak etməsidir. Müxtəlif yaş qrupları üzrə 180-ə yaxın iştirakçının qatıldığı müsabiqədə kollecin 9 tələbə və 1 müəllimi diplomlara layiq görülmüşdür. Festival-müsabiqənin Qran-pri mükafatçısı Nəcəf Hacılı may ayında İtaliyada keçiriləcək “Özünü dünyaya tanıt” beynəlxalq festival-müsabiqəsində Naxçıvanı təmsil edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4282852
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
670
5147
36017
114210
4282852

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter