19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Mayın 7-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi münasibətilə konsert pro­qramı təşkil olunub.

Tədbirin aparıcıları müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinin ölkə­mizdə silsilə tədbirlərlə qeyd olunduğunu bildiriblər. Vurğulanıb ki, ulu öndər Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə həmişə Vətənimizin inkişafı və çiçəklənməsi üçün yorulmaz fəaliyyət göstərib.
Diqqətə çatdırılıb ki, ümummilli liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutub. Ulu öndər harada, hansı vəzifədə olursa-olsun, daim Vətəni və xalqı üçün çalışıb. Həmişə Naxçıvanın yüksəlişi və tərəqqisi naminə xüsusi səy göstərib. 1990-1993-cü illərdə Naxçıvanın blokadasının aradan qaldırılması və inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Sevindirici haldır ki, bu gün muxtar respublika ulu öndərin arzularının çiçəkləndiyi möhtəşəm bir diyara çevrilib.
Vurğulanıb ki, yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlıq, mərhəmət, humanistlik, milli-mənəvi dəyərlərə sadiqlik prioritet istiqamətlər kimi müəyyən edilib. 15 illik fəaliyyəti dövründə fond ümummilli liderin Azərbaycanın ­sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazır­ladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə böyük dəstək verib.
Konsertdə ölkəmizin tanınmış incəsənət ustaları – Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar artistlərdən İlqar Muradov, Lalə Məmmədova və Abbas Bağırov, müğənnilərdən Günay İbrahimli, Elnur Məmmədov və Sərxan Bünyatzadənin ifa etdikləri xalq, bəstəkar və estrada mahnıları muxtar respublika sakinləri tərəfindən alqışlarla qarşılanıb. Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblının ifasında musiqi nömrələri və müxtəlif rəqslər təqdim edilib.
Konsert proqramı sakinlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273284
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2105
5778
26449
104642
4273284

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter