17 İyun 2019, Bazar ertəsi

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən aprel ayında mədəni-kütləvi, əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır.

Belə ki, ötən ay Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 150 illiyi, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113-cü ildönümü qeyd edilmişdir. Həmçinin müxtəlif müsabiqələrin və tədbirlərin keçirilməsinə diqqət artırılmışdır. Muxtar respublikanın rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə konsertlər keçirilmiş, tamaşa və filmlər nümayiş olunmuş, Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Adət-ənənələrimizin rəmzi – yallı” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı nazirlikdə ekspert qrupu yaradılmış, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri ilə görüş keçirilmişdir. Həmin görüşlərdə sərəncamın icrası ilə bağlı təkliflər müzakirə olunmuşdur.

Ötən ay muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması sahəsində işlər davam etdirilmiş, 42 açıq dərs, 6 tədbir keçirilmiş, 8 sərgi açılmış, muzeylərə 161 yeni eksponat daxil olmuşdur. Muzeyləri 15 min 741-i əcnəbi olmaqla, 49 min 812 tamaşaçı ziyarət etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan 20 kitabın müzakirəsi keçirilmişdir. Bu dövrdə kitabxanalarda yeni oxucu sayı 342, oxucu gəlişi 9 min 745, kitab verilişi 53 min 590 nüsxə olmuşdur. Həmçinin elektron kataloqa 420, şəbəkəyə isə 430 kitab işlənmişdir. Elektron kitabxanadan 325 oxucu istifadə etmişdir.
Ötən ay Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli”, Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Qoğalın sərgüzəşti”, Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı” tamaşalarını nümayiş etdirmişdir. Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin, “Şərur” Xalq Yallı Ansamblının, rayon mədəniyyət şöbələrinin musiqi kollektivlərinin muxtar respublikanın rayonlarında konsertləri təşkil olunmuşdur. Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayon və kəndlərində “Yol əhvalatı”, “Dərs”, “Qırmızı bağ” filmlərini nümayiş etdirmiş, məktəblilər üçün kinoviktorina keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4078331
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1228
5301
1228
41931
4078331

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter