20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

(Esse)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamdan ötən dövr ərzində mütaliənin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılması, onların dünyagörüşünün zənginləşdirilməsi, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından zəruriliyi bir daha təsdiqləndi. Siyahıya daxil edilən kitabların nəşri və təbliği, müntəzəm müzakirələrinin keçirilməsi, mətbuatda resenziyaların və bu əsərlərdən seçmələrin dərc olunması kimi əhəmiyyətli tədbirlərlə yanaşı, muxtar respublikanın ümumtəhsil məktəblərində də məqsədyönlü maarifləndirmə işləri aparılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən cari ilin aprel ayında ümumtəhsil məktəblərində “Mütaliə aylığı” keçirilib.
Məktəblilərin oxunması zəruri olan kitablar haqqında redaksiyamıza ünvanladıqları esselər mütaliənin onların bilik dairəsinin, bədii zövqünün, əxlaqi-mənəvi dəyərlərinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini bir daha təsdiq edir. Biz də gənclərin milli təfəkkür və müasir yanaşma tərzi ilə fərqlənən həmin esse­lərini “Oxunması zəruri olan kitablar gənclərin gözü ilə” rubrikasında oxucularımıza da təqdim etmək qərarına gəldik.

 Dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığında Azərbaycan xalqının atalar sözlərindən geniş istifadə etmiş, onu öz dərin zəkasının məhsulu ilə yazılan beytlərində əks etdirmişdir. Klassik şairin əsərləri biz gənclər tərəfindən sevilərək mütaliə olunur və bizi daha dərin düşüncələrə sövq edir.

“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən “Nizaminin hikmət və nəsihətləri” kitabını oxuduqca görürük ki, bizə dostluq və düşmənçilik, Vətən və xalqa xidmət, hünər, cəsarət və mərdlik, çalışqanlıq və tənbəllik, idrak və cəhalət, sevgi və sədaqət, gənclik və qocalıq haqqında dəyərli nəsihətlər verilmişdir.
Övlad tərbiyəsi haqqında da bizə ibrətamiz nəsihətlər verən şair “Kərpickəsən kişinin hekayəsi”ndə təsvir edir ki, qoca öz sözləri ilə oğlana təsir etmiş, onu tərbiyələndirmişdir:

Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami insanları xoş niyyətlərə çağırmışdır. Qardaşlığı, insanlığı, dostluğu tərənnüm etmişdir:

Kim yaxşı adamların bəyənsə dostluğunu,
Bir gün görər onların yararlı olduğunu.

“Nizaminin hikmət və nəsihətləri”ndə insan zəkasının təbiət və cəmiyyətin inkişaf qanunlarına, həyatın sirli mənalarına getdikcə daha çox yol açdığını görmək olur.

İnsana arxadır onun kamalı,
Arxadır hər kəsin dövləti, malı

Nizaminin aforizmləri, onun ağıl və idrak haqqında dediyi sözlər orta əsr qaranlıqları içərisindən sönməz Günəş kimi dünyaya işıq salır.

Ayşən Nəcəfova
Şərur rayon Mahmudkənd tam orta
məktəbinin IX sinif şagirdi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280642
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3607
5856
33807
112000
4280642

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter