23 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Babək və Kəngərli rayonlarının idmançıları da iştirak ediblər. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 60-a yaxın dəri əlcək sahibi qüvvəsini sınayıb.
Gərgin mübarizə şəraitində keçən döyüşlərdə Rəhman Həsənli (20 kiloqram, Kəngərli), Tuncay Paşayev (22 kiloqram, Kəngərli), Əli Əbilov (26 kiloqram, Kəngərli), Nadir Əbilov (28 kiloqram, Kəngərli), Afiq Məmmədli (29 kiloqram, Naxçıvan), Sənan Əbilov (30 kiloqram, Kəngərli), Hüseyn İsmayılov (31 kiloqram, Naxçıvan), Turan Kərimsoy (32 kiloqram, Naxçıvan), İlkin Həsənov (34 kiloqram, Kəngərli), Ucar Musayev (35 kiloqram, Kəngərli), Əli Həsənov (36 kiloqram, Kəngərli), Elbrus Kərimli (37 kiloqram, Naxçıvan), Sinan Əbilov (38 kiloqram, Kəngərli), Asiman Məmmədzadə (40 kiloqram, Naxçıvan), Əli Quluzadə (42 kiloqram, Naxçıvan), Akif Həsənov (44 kiloqram, Naxçıvan), Nihat Quliyev (46 kiloqram, Kəngərli), Fuad Əhmədov (48 kiloqram, Naxçıvan), Şulan Əhmədov (52 kiloqram, Naxçıvan), Əfrəsiyət Həsənov (54 kiloqram, Naxçıvan), Ayxan Süleymanov (60 kiloqram, Naxçıvan), Şahhüseyn Şeyxov (63 kiloqram, Naxçıvan) və Qasım Murtu­zayev (80 kiloqram, Naxçıvan) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara təşkilatçıların diplomları təqdim olunub.

Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR