23 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamına əsasən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayonlarından olan cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb edilməsi, özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı tədbir olub. Bildirilib ki, 2019-cu il ərzində cəzaçəkmə müəssisəsindən azad olunan 4 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bununla yanaşı, cəzaçəkmə müəssisəsində daşduz üzərində oyma və xalçaçı kursları təşkil olunub ki, kurslarda 18 nəfər məhkum iştirak edib.
Eyni zamanda qeyd olunub ki, cari il ərzində cəzaçəkmə müəssisəsindən azad olunmuş 67 şəxsə birdəfəlik müavinət ­ödənilib.
Tədbirdə sözügedən kateqoriyadan olan şəxslərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Mövzu ətrafında cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxsləri maraqlandıran suallar ­cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər təqdim olunub.

 

* * *

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Bu məqsədlə Uşaq Bərpa Mərkəzində və Əlillərin Bərpa Mərkəzində göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır. Həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərə protez-ortopedik xidmətlərin göstərilməsi də diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq avqust ayının 28-də Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki heyətinin iştirakı ilə keçirilən səyyar xidmət zamanı məhdud fiziki imkanlı şəxslərin protez və ortez sifarişləri qəbul edilib, protezləri təmir olunub, onlara müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində muxtar respublikada 127 nəfərə protez-­ortopedik xidmətlər göstərilib, onların da 48 nəfərini 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR