23 Sentyabr 2019, Bazar ertəsi

Avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında müqavilə imzalanmışdır.
Müqaviləni Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadi-ticari məsələlər üzrə məsləhətçisi Vanq Çunqanq imzalamışlar.
Müqavilə çərçivəsində Naxçıvan Muxtar Respublikasına dəyəri 4 milyon 969 min manat olan 2 dəst 200 kilovat gücündə dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil Günəş elektrik stansiyası, 410 dəst Günəş suqızdırıcısı və 6 dəst 10 kilovatlıq ­külək-Günəş hibrid elektrik stansiya qurğusu təmənnasız veriləcəkdir. Layihənin təchizatçısı Çinin “Hebei Maşın İdxal və İxrac şirkəti”dir. Avadanlıqlar 110 gün müddətində muxtar respublikaya çatdırılacaq, şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaq və yerli mütəxəssislərə təlim keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nüma­yəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövət Energetika Xidmətinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR