13 Noyabr 2019, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində məktəblilərin yay tətilini mənalı keçirmələri üçün “Yay məktəbi” təşkil olunub. “Yay məktəbi” hər il olduğu kimi, bu il də şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.
İstirahət zamanı maarifləndirici tədbirlər, kino və sənədli filmlərin nümayişi, müxtəlif idman, bilik yarışları, rəsm müsabiqəsi, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan ədəbiyyat nümunələrinin mütaliə və müzakirələrinin təşkili, “Tariximiz-irsimiz” mövzusunda diskussiya, muxtar respublikamızın əsrarəngiz təbiətini və ekoloji bilikləri artırmaq üçün müxtəlif gəzintilər həyata keçirilir.
Şagirdlərin “Yay məktəbi”nin yekununa həsr olunmuş tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova doğma diyarımızda təhsilə göstərilən dövlət qayğısından danışıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR