18 Oktyabr 2019, Cümə

Muxtar respublikanın mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi avqust ayında da davam etdirilmişdir. Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir.

Ötən ay muxtar respublikanın muzeylərini 22 mindən çoxu əcnəbi vətəndaş olmaqla, 59 mindən çox tamaşaçı ziyarət etmişdir. Muxtar respublikanın əksər kitabxanalarında və klub müəssisələrində kitab müzakirələri, mütaliə və nağıl günləri keçirilmiş, kitab sərgiləri təşkil olunmuş, “Yay oxu zalı”nın fəaliyyəti davam etdirilmişdir. Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki yaşayış binalarının həyətində keçirilən “Sizi deyib gəlmişəm” adlı kitab sərgiləri maraqla qarşılanmışdır. Səyyar kitabxana xidmətinin təşkili ilə bağlı aparılmış iş ötən ay da davam etdirilmiş, 22 nəfərə səyyar kitabxana xidməti göstərilmişdir. Muxtar respublikanın kitabxanalarına 50 adda 59 nüsxə çap məhsulu daxil olmuş, kitabxanalarda yeni oxucu sayı 258, oxucu gəlişi 3 min 726, kitab verilişi 10 min 475 nüsxə təşkil etmişdir. Virtual oxu üçün elektron kataloqda kitabların sayı 12 min 658-dən 13 min 248-ə çatdırılmışdır.
Avqust ayında muxtar respublikanın klub müəssisələrində tarixi və əlamətdar günlərlə bağlı mədəni­-kütləvi tədbirlər keçirilmiş, Ordubad rayonunun Dırnıs kəndində “Xalq yaradıcılığı günü”, rayon mədəniyyət şöbələrinin təşkilatçılığı ilə konsert proqramları təşkil olunmuşdur. Babək rayonunun Yarımca, Ordubad rayonunun Tivi və Şahbuz rayonunun Qızıl Qışlaq kənd mərkəzlərində Azərbaycan filmləri nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR