20 Noyabr 2019, Çərşənbə

“Naxçıvan” Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş “İsmayıl Şıxlı – 100” adlı elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışıb.
Daha sonra universitetin müəllimləri, professor Sədaqət Həsənovanın, dosentlər Əli Həşimlinin, İman Cəfərovun, Qənirə Əsgərovanın məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab olunur. Yazıçının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.
Sonda Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını əks etdirən slayd nümayiş olunub.

Seyfur Hacımuradov

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR