22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dünən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Elbrus İsayevin “Böyük İpək Yolu və Naxçıvan” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirmişdir ki, “Böyük İpək Yolu və Naxçıvan” kitabxananın yeni yaradılmış elektron kataloquna elektron versiyada təqdim edilən ilk monoqrafiyadır. Nəşrin elmi əhəmiyyətinə də toxunan kitabxananın direktoru tədqiqat əsərinin beynəlxalq iqtisadi əlaqələrdə Naxçıvanın mövqeyinin ortaya qoyulması və Naxçıvanşünaslıq elmi baxımından böyük qiymətə malik olduğunu vurğulamışdır.
Kitabın müəllifi çıxış edərək monoqrafiyanın hazırlanmasından, kitabda araşdırılmaq üçün qarşıya qoyulmuş mövzunun əhəmiyyət və aktuallığından bəhs etmişdir. Qeyd edilmişdir ki, Naxçıvan mədəniyyətinin formalaşmasında Böyük İpək Yolunun mühüm rolu olmuşdur. Müəllif kitab haqqında ətraflı məlumat verərək bildirmişdir ki, monoqrafiyanın giriş və nəticə hissələri ingilis dilinə elmi tərcümə olunaraq kitaba daxil edilmişdir. Həmçinin kitabla birlikdə beynəlxalq ticarət yolları və Naxçıvanın Böyük İpək Yolu üçün əhəmiyyətindən bəhs edən elmi-sənədli film də təqdim edilir.
Kitabxananın böyük kitabxanaçısı Vəsilə Cəfərova “Azərbaycan ərazisindən keçən beynəlxalq karvan yolları”, kitabxanaçı Heyran Əsgərova “Naxçıvanda Böyük İpək Yolu abidələri”, elmi katib Günay Kəngərli “Naxçıvan – Böyük İpək Yolu üzərində ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi” mövzularında məruzə etmişlər.
Sonra “Böyük İpək Yolu və Naxçıvan” adlı elmi-sənədli filmə baxış olmuşdur.
Sonda kitabın elektron variantı kitabxanaya təqdim olunmuş, müəllif monoqrafiyanı kitabxananın fonduna və əməkdaşlarına hədiyyə etmişdir.
Qeyd edək ki, kitabın elektron versiyası yaxın günlərdə kitabxananın elektron kitablar kataloquna daxil olunacaqdır.

 

Əzəmət HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049421
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
613
4569
26653
100752
3049421

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter