08 Dekabr 2019, Bazar


Türkiyənin Fethiye bölgəsində keçirilən “ II Dənizlərimiz və Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalına yekun vurulub.
 Fethiyə Bələdiyəsi və Fethiye Dəniz Ticarət Dipartamenti tərəfındən təşkil olunmuş “ II Dənizlərimiz və Rənglərimiz” Beynəlxalq Rəsm Plener-Festivalına yekun vurulub. Naxçıvan Muxtar Respublikasını Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyevanın "Al boxçanı gəl Fethiyəyə" adlı əsəri festivali iştirakçılarının marağına səbəb olub.

Tədbirdə iştirak edən Muğla valisi Esengül Çevile və millət vəkilləri tərəfindən festivalda iştirak edən rəssamlara təşəkkür edilib,qiymətli hədiyyələr verilib.
Qeyd edək ki, Egey və Ağ dəniz sularında iki hissəli olaraq keçirilən festivalda Azərbaycanımızı eləcədə onun ayrılmnaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva , Naxçıvan Dövlət Universitetinin “Təsviri İncəsənət “kafedrasının müdiri, Naxçıvanın əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev , Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov və rəssam-heykəltaraş,musiqiçi Vədut Muəzzin təmsil edib.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR