"Ulu babam Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim".

 APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib.

İxtisasca mühəndis olduğunu deyən M.Cavanşiri ulu babasının vətəni Azərbaycana ilk dəfə gəldiyini və ölkəyə heyran qaldığını qeyd edib:

"Azərbaycan həm müasir, həm də ənənələrə, mədəniyyətə bağlı ölkədir".